Əsas Səhifə > Hadisə > "BİNƏ" TİCARƏT MƏRKƏZİ YENƏ YANDI

"BİNƏ" TİCARƏT MƏRKƏZİ YENƏ YANDI


20-02-2013, 10:59
"BİNƏ" TİCARƏT MƏRKƏZİ YENƏ YANDI
YANĞIN SƏHƏR SAATLARINDA SÖNDÜRÜLÜB

“Binə” Ticarət Mərkəzində növbəti dəfə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda “Binə” ticarət mərkəzinin ərazisində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Geri qayıt