Əsas Səhifə > Ölkə, Manşet > «AZƏRSUN»UN DA QARA GÜNLƏRİ BAŞLADI

«AZƏRSUN»UN DA QARA GÜNLƏRİ BAŞLADI


25-11-2011, 15:46
«AZƏRSUN»UN DA QARA GÜNLƏRİ BAŞLADI

ƏRZAQ BAZARI YENİDƏN BÖLÜŞDÜRÜLƏ BİLƏR

DİA.AZ: - Hakimiyyət içində münasibətlər yenə də kəskin həddə çatıb. Dünənə qədər tikinti biznesi uğrunda savaşan məmurlar bu dəfə ərzaq bazarına kontrol məsələsində anlaşa bilmirlər. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbələrin söylədiklərindən aydın olur ki, «Azərsun» Holdinq son günlər problemlə üzləşib. Buna səbəb sözügedən şirkətin Kəmaləddin Heydərovla maraqlarının toqquşmasıdır.

Məlumatlı mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) sözlərindən belə aydın olur ki, artıq son günlər şəhərdə fəaliyyət göstərən böyük marketlərə «Azərsun» Holdinqə aid ərzaq məhsullarından bəzilərinin qəbulu qadağan edilib. Mənbəmiz bildirir ki, buna səbəb Kəmaləddin Heydərovun yaxın adamlarından birinin Rusiya və Ukraynadan duru yağ, şəkər tozu və qənd, eyni zamanda bir sıra ərzaq məhsullarının idxalına başlamasıdır.

Onu da bildirək ki, hakimiyyətiçi kürd qruplaşması tərəfindən dəstəklənən «Azursun» dünənə qədər ölkə bazarında əlahiddə imkanlara malik idi. Və dünənə qədər bu şirkətin məhsullarının alternativinin gətirilməsi belə mümkünsüz idi. Ən azından ölkəyə gətirilən alternativ məhsulların şəcm məhdudiyyəti var idi. İndi isə FHN şefinə yaxın şəxslərin böyük partiyada ölkəyə ərzaq məhsulları gətrdiyi bildirilir.


Geri qayıt