Əsas Səhifə > Hadisə > DEPUTAT, DEPUTAT KÖMƏKÇİLƏRİNƏ STATUS İSTƏYİR

DEPUTAT, DEPUTAT KÖMƏKÇİLƏRİNƏ STATUS İSTƏYİR


25-11-2011, 12:32
DEPUTAT, DEPUTAT KÖMƏKÇİLƏRİNƏ STATUS İSTƏYİR

ƏLAVƏ DƏ PUL, MAŞIN VƏ S. – BİZCƏ ÇOX ŞEY İSTƏMİR

Millət vəkili Kamilə Əliyeva deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilməsi, onların maaşlarının artırılması ilə bağlı təklif irəli sürüb. Deputat bu təklifini noyabrın 24-də Milli Məclisdəki büdcə müzakirələri zamanı səsləndirib.

K.Əliyevanın bu təklifinə parlamentin spikeri Oqtay Əsədov isə “məsələyə baxılacaq” deyə münasibət bildirib.

Deputat Kamilə Əliyeva Modern.az saytına açıqlamasında bu təklifinin səbəblərini açıqlayıb. O bildirib ki, dövlət qulluqçusu statusu olanlar məzuniyyətə çıxarkən bir aylıq müavinət alırlar.

“Bu qayda keçən ilə qədər depuat köməkçilərinə də şamil olunurdu. Amma onların heç vaxt dövlət qulluqçusu satusu olmayıb. Lakin dördüncü çağırış Milli Məclis fəaliyyətə başlayandan sonra bu qayda artıq deputat köməkçilərinə şamil edilmir. Mən də belə fikirləşdim ki, onlara əlavə müavinətlərinin verilməsinin səbəbi dövlət qulluqçusu statusuna malik olmamalarıdır”.

Millət vəkillərinin əksər işinin görülməsində deputat köməkçilərinin böyük rol oynadığını xatırladan K.Əliyeva qeyd edib ki, dövlət qulluqçusu statusunun verilməsi köməkçilərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından vacibdir.

“Məhz bu səbədən mən Milli Məclisdə deputat köməkçilərinə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı təklif irəli sürdüm. Oqtay müəllim də “baxarıq” dedi”.

Qeyd edək ki, deputat köməkçisi vəzifəsində çalışanların aylıq maaşı əvvəl 550 manat idi, sonradan məvaciblər 670 manata qaldırılıb.


Geri qayıt