Əsas Səhifə > Hadisə > YAŞAR NURİNİN VƏZİYYƏTİ ÇOX AĞIRDIR

YAŞAR NURİNİN VƏZİYYƏTİ ÇOX AĞIRDIR


25-11-2011, 11:47
YAŞAR NURİNİN VƏZİYYƏTİ ÇOX AĞIRDIR

SƏNƏTÇİNİN ÖLÜM XƏBƏRİ DOĞRU DEYİL, AMMA...

“Yaşar sağdır. Yanına buraxmırlar, zəng edirəm maraqlanıram. Heç bir irəliləyiş yoxdur. Vəziyyəti çox ağırdır”. Bunu SİA-ya açıqlamasında xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyeva bəzi KİV-də və sosial şəbəkə olan facebook-da yayılan yalan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu kimi yalan xəbərin yayılması düzgün deyil: “Bu elə məsələdir ki, heç kəsin ürəyindən belə şey keçməz. Hamı maraqlanır, bilirlər ki, vəziyyəti yaxşı deyil, hər kəs bildiyini yazır. Mən o insanlara heç nə demək istəmirəm. Bizi yalnız Yaşarın vəziyyəti düşündürür, kiminsə hərəkəti, yazdığı önəmli deyil. Artıq ikinci dəfədir ki, belə xəbər yayılır. Onu qeyd edim ki, Yaşar hələ də həyat uğrunda mübarizə aparır”.


Qeyd edək ki, Azərbaycanın xalq artisti Yaşar Nuri Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicə olunur.


Geri qayıt