Əsas Səhifə > Şou-biznes > "O, ÇOX ZƏİF KİŞİDİR!"

"O, ÇOX ZƏİF KİŞİDİR!"


25-11-2011, 11:15
"O, ÇOX ZƏİF KİŞİDİR!"

OKSANA QADINLARA QARŞI ZORAKILIQDAN DANIŞDI

Azərbaycanlı model Oksana Rizayeva qadınlara qarşı zorakılıq halları haqda danışıb.

Day.Az saytının verdiyi məlumata görə, bu hala bütün dünyada rast gəlindiyini xatırladan model deyib:

"Statusundan asılı olmayaraq, bütün qadınlar zorakılığa məruz qala bilərlər. Kişi qadına əl qaldırırsa, o, çox zəif kişidir!"

Xatırladaq ki, bu gün Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günüdür.

Oksana hesab edir ki, bu mövzu yalnız noyabrın 25-də gündəmə gətirilməməlidir: "Zorakılığa məruz qalan qadınlar üçün müalicə mərkəzləri, sığınacaqlar yaradılmalıdır. Onlara psixologi yardım edilməlidir. Kişilərdə belə fikir var ki, toyuq quş deyil, qadın isə insan. Qadın sevgiyə, hörmətə layiq varlıqdır".


Geri qayıt