Əsas Səhifə > Ölkə > “CATEL” YENİDƏN QAYIDIR

“CATEL” YENİDƏN QAYIDIR


25-11-2011, 11:08
“CATEL” YENİDƏN QAYIDIR

BU MƏQSƏDLƏ ŞİRKƏT DANIŞIQLAR APARIR

Bir neçə aydır öz fəaliyyətini dayandıran “CATEL” şirkəti hazırda bir neçə mobil operatorla, əsasən “Azerfon”, BTRİB və “Aztelekom”la danışıqlar aparır.

“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, yəqin ki, yaxın vaxtlarda “Catel” onlardan biri vasitəsilə fəaliyyətini bərpa edəcək.

Qeyd edək ki, Azərbaycanın ilk CDMA operatoru «CATEL» şirkəti «Caspian American Telecom LLC» adı altında 1997-ci ildə ABŞ-ın «Omni Communications» konsorsiumu tərəfindən Azərbaycanda qeydiyyatdan keçib. 1999-cu ildən fəaliyyətə başlayan şirkət abonentlərinə simsiz və mobil rabitə xidmətləri göstərib. «CATEL»in bütün səhmləri 2008-ci ildə tam özəlləşdirilib. Bu ilin aprel ayında şirkətin fəaliyyəti texniki nasazlıqlar səbəbindən dayandırılıb.


Geri qayıt