Əsas Səhifə > Ölkə > DEPUTAT LƏNKƏRANDA ARANI QATIB

DEPUTAT LƏNKƏRANDA ARANI QATIB


15-02-2013, 14:00
DEPUTAT LƏNKƏRANDA ARANI QATIB
CAVANŞİR PAŞAZADI DƏNİZİ İNHİSARA ALIB

Deputat Cavanşir Paşazadəyə qarşı Cənub bölgəsində ciddi narazılıq yaranıb. TİA.AZ-a daxil olan məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyx Allahşükür Paşazadənin qardaşına qarşı olan etiraz onun bəzi biznes maraqları üçün atdığı addımlardır.
Həmin məlumatda vurğulanır ki, deputat Paşazadə Astara və Lənkərandakı dənizkənarı çimərlikləri və sahələri ələ keçirmək üçün xeyli əvvəldən fəaliyyətə başlayıb. Nəticədə, bəzi sahələrin sahibləri ilə anlaşma əldə olunmasa da, onların torpaqlarının əllərindən alınması istiqamətində bəzi işlər görülüb və nəticədə narazılıq artıb. Üstəlik, onun bu sahələri hasarlatdırması insanları lap hövsələdən çıxarıb.
Məlumatda deyilir ki, artıq vəziyyət o həddə çatıb ki, Cənub bölgəsində Cavanşir Paşazadəyə qarşı narazılıq ən yüksək həddə çatıb. Hətta bir qrup astaralı dünən Şəhər İcra Nümayəndəliyinə gələrək, deputatdan şikayət ediblər. Və xəbərdarlıq ediblər ki, Cavanşir Paşazadə ilə danışıb, onu bu niyyətindən çəkindirsinlər.
Alınan son məlumatlara görə, bu günlərdə Lənkəranın dənizkənarı kəndlərinin sakinləri də yerli İcra Hakimiyyətinə şikayətə gəlmək fikrindədirlər.

Geri qayıt