Əsas Səhifə > Cəmiyyət > VƏHABİLƏRİN BAKIDA DAHA BİR MƏKANI PLANA DÜŞÜR

VƏHABİLƏRİN BAKIDA DAHA BİR MƏKANI PLANA DÜŞÜR


15-02-2013, 12:15
VƏHABİLƏRİN BAKIDA DAHA BİR MƏKANI PLANA DÜŞÜR
"İLAHİYYAT" MƏSCİDİ KÖÇÜRÜLƏ BİLƏR

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bəyan edib ki, təhsil ocağının tələbə şəhərciyində (Bakının Həsən bəy Zərdabi prospektində yerləşir) məskunlaşan məcburi köçkünlər köçürüldükdən sonra yataqxanalar tamamilə söküləcək, ərazidə yeni tələbə şəhərciyi salınacaq.

Universitetin tələbə şəhərciyində İlahiyyat məscidi yerləşir. Məscid 1995-ci ildə tikilib. Yeni layihədə məscidi hansı aqibət gözləyir?

“Media forum” saytına danışan Bakı Dövlət Universitetinin prorektoru Nəbi Ramazanlı məscidin köçürüləcəyini istisna etmir: “Məscid Allahın evidir. Amma ora gələn adamlar günümüzü qara edib. Həmişə dava-dalaş, söz-söhbət var. Cümə namazı vaxtı ərazidə yanğın olsa, ora heç bir yanğınsöndürən maşın girə bilməz”.

Nəbi Ramazanlı ərazinin məscid üçün yararsız olduğunu düşünür: “İndi gündəmdə belə bir məsələ yoxdur. Amma gələcəkdə məscidin köçürülməsi mümkündür. Məscid üçün münasib yer olmadığından universitet köçürülmənin lehinədir. Dünyanın hər yerində məscidlər üçün geniş yer ayrılır. İstanbulda hər məscidin əhatəsində hektarlarla boş yer var”.

İlahiyyat məscidinin axundu Ceyhun Rüstəmov “Media forum” saytına deyib ki, məscidin gələcək aqibəti haqqında heç nə bilmir: “Bizə bu barədə Qafqaz Müsəlmanları İdarəsi nəsə deyə bilər. Məscid qurumun balansındadır. Söküləcək, ya qalacaq – bu, dövlətin işidir. Bizdə bu haqda məlumat yoxdur”.

Axund məscidin ərazidə hər hansı narahatlıq yaratmadığını vurğulayıb: “Cümə günləri sıxlıq yaranır, onda da polis əməkdaşları hərəkətin intensivliyini təmin edir”.

Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən İlahiyyat məscidini hansı aqibət gözlədiyi haqda məlumatsız olduqlarını bildiriblər.


DİA.AZ bildirir ki, rəsmi dairələr sussa da, son zamanlar "İlahiyyat" məscidi vəahbilərin əsas istinadgahına çevrilmişdi. Hətta cümə namazı vaxtı bu məscidə minlərlə vəhabinin gəlməsi faktı da var ki, bu da zaman-zaman narazılıqlara nədən olub.
Geri qayıt