Əsas Səhifə > Hadisə > MAGİSTRAL QAZ KƏMƏRİNDƏ YANĞIN

MAGİSTRAL QAZ KƏMƏRİNDƏ YANĞIN


25-11-2011, 10:54
MAGİSTRAL QAZ KƏMƏRİNDƏ YANĞIN

ƏRAZİDƏ OLAN BİR MAŞIN DA YANIB

Bakıda magistral qaz kəmərində yanğın olub. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Hadisə ötən gün saat 22.00 radələrində Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb. Magistral qaz kəmərində baş verən qəza nəticəsində yanğın baş verib. Nəticədə ərazidə olan bir avtomobil yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Geri qayıt