Əsas Səhifə > Partiya, Manşet > HAKİMİYYƏTİ PARÇALAYAN ADDIM

HAKİMİYYƏTİ PARÇALAYAN ADDIM


25-11-2011, 10:36
HAKİMİYYƏTİ PARÇALAYAN ADDIM

MƏMURLARDAN BİRİ YENİ PARTİYA YARATMAĞA GİRİŞİB

DİA.AZ: - 2012-ci ildə Azərbaycanın siyasi həyatına daha bir partiya qədəm qoyacaq. Həmin siyasi təşkilatın yaradılmasının təşəbbüskarı isə hakimiyyətdə təmsil olunan yüksək çinli məmurlardan biridir. Bu barədə DİA.AZ-a iqtidardakı mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, yeni partiyanın yaradılmasına səbəb kimi, hakimiyyətiçi toqquşmaların güclənməsi və həmin məmurun özünü qorumaq üçün bəzi tədbirlər görməsi göstərilib. Həmin məlumata görə, hazırda yeni siyasi təşkilatın yaradılması istiqamətində fəaliyyətə başlanılıb və ilin sonuna kimi, bütün proses başa çatdırılmalıdır. Məlumatda o da deyilir ki, sözügedən məmur təşkilatmanma işini müxalifətdəki adamına, maliyyələşmə məsələsini isə onun pulları ilə hərəkət edən böyük banklardan birinin rəhbərinə həvalə edib.

Redaksiyamıza daxil olan məlumatlarda həmçinin bu addımı atan məmurun da adı çəkilir. Lakin bəzi dəqiqləşdirmə aparılmadan indidən bununla bağlı məlumat vermək istəmirik. Yaxın günlərdə isə həmin şəxsin kimliyi və onun atacağı addımlar barədə müfəssəl məlumatlar verməyə çalışacağıq.

Geri qayıt