Əsas Səhifə > Şou-biznes > GƏNC MÜĞƏNNİMİZDƏN MARAQLI SEVGİ ETİRAFI

GƏNC MÜĞƏNNİMİZDƏN MARAQLI SEVGİ ETİRAFI


14-02-2013, 12:35
GƏNC MÜĞƏNNİMİZDƏN MARAQLI SEVGİ ETİRAFI
AMİL HƏSƏNOĞLUDAN QEYRİ-ADİ ADDIM

Gənc müğənni Amil Həsənoğlu eşqə düşüb. Müğənninin sosial şəbəkələrin birində gecə yarısı paylaşdığı sonuncu statusdan bəlli olur ki, o, olduqca romantik insandır. Odur ki, duyğularını son dərəcə orijinal bir formada ifadə etməyə hazırlaşır. Dostlarına ünvanladığı mesajda “Mənim ilk məhəbbət etirafım... Düz saat 00:00-da” yazan A.Həsənoğlu bu yazını sevdiyi xanımın məhəlləsində qələmə aldığını qeyd edib. “Fikrimcə pis alınmayıb. Sevgilimin pəncərəsinin altında..” deyə müğənni xoş təəssüratla mesajına yekun vurub.

Ruha xitab etmək incəsənətin başlıca hədəfidir. Həyat isə ən incə sənətdir...

Geri qayıt