Əsas Səhifə > Cəmiyyət > LƏNKƏRANDA İLGİNC OLAY

LƏNKƏRANDA İLGİNC OLAY


14-02-2013, 12:23
LƏNKƏRANDA İLGİNC OLAY
QIZININ DÖYÜLMƏSİNDƏN ŞİKAYƏTLƏNƏN ATA HƏBS OLUNDU

Yanvarın 14-də Lənkəranda övladının müəllim tərəfindən döyülməsi ilə bağlı videomüsahibəsi yayılan valideyin - Şahin Ağayev fevralın 6-da həbs edilib. Ailə üzvlərinin redaksiyamıza verdiyi məlumata görə, səhər tezdən Lənkəran şəhərindəki evlərinə basqın edilib. Evin qapı və pəncərəsi sındırılldıqdan sonra evə daxil olan üzü maskalılar Şahin Ağayevi övladlarının gözı önündə döyərərk, əl qolunu bağlayıb və aparıblar. Evdə axtarış aparılsa da heç nə tapılmayıb.

Ailə üzvləri, əslində nəyin baş verdiyini dərk etməyiblər və yalnız bir-neçə gündən sonra xəbər tutublar ki, Ş.Ağayev Narkotiklərlə Mübarizə İdarəsinin cənub Regional Şöbəsinə aprılıb. Amma onun hazırda harada saxlanılması və nədə ittiham olunduğu barədə ailə üzvlərinə məlumat verilmir.

Ailə üzvləri baş verənlərin məhz mətbuatda və sosial şəbəkələrdə yayılan videoçarxla bağlı olduğunu güman edirlər. Çünki, videoçarxda adı çəkilən məktəb direkroru, ailəni əməlinə görə cəzalandıracağına söz veribmiş və onun yaxın qohumunun da Narkotiklərlə Mübarizə İdarəsinin cənub Regional Şöbəsininə işlədiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Orxan Mansurzadə “Bizim Yol”un əməkdaşı ilə telefon söhbətində bildirib ki, Ş.Ağayev barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi açılıb və o 7,6 qram marixuananı satarkən həbs edilib.O, Ş.Ağayevin marixuana satmaq istədiyi şəxsin də məsuliyyətə cəlb edilməsi üçün tədbir görüldüyünü deyib. O.Mansurzadə Lənkəranlı həmkarlarından aldığı məlumata istenad edərək Ş.Ağayevin yayılmış videoçarxla bağlı həbs edilmədiyini qeyd edib.

Rəsmi məlumata baxmayaraq, Ş.Ağayev narkotik maddəni kimsə satdığı zaman deyil, məhz evində ailə üzvlərinin yanında həbs edilib. Habelə ailəyə ciddi təzyiqlər mövcuddur. Ailə üzvləri “Bizim Yol”un əməkdaşına zəng edərək sözügedən videoçarxın internetdən silinməsini tələb edirlər. Ailənin başqa üzvlərinin şərnərək həbs ediləcəyi, hətta fiziki məhvinə qədər hədələr mövcuddur. Hətta onlar son olaylar barədə belə məlumat verilməsini arzulamırlar. Amma bu cümlələrin müəllifi prezident İlham Əliyevin bir gün əvvəl məməurlarla bağlı verdiyi sərt mesjları da nəzərə alaraq baş verənləri ictimailəşdirməyi qərara alıb.

Qeyd edək ki, yanvarın 14-də Lənkəran şəhər 8 saylı orta məktəbdə Vüsalə adlı müəllimənin 6-ci sinif şagirdi Arzu Ağayevanı döyməslə bağlı şagirdin özü və atası Şahin Ağayev müsahibə verib. Şagirdin atası Şahin Ağayev video-çıxışında bildirib ki, müəllimin silləsi nəticəsində qızının qulaq pərdəsi partlayib, sırğası itib. Məktəb direktorun isə bildirib ki, Vüsalə müəllimə tənbeh edilib: “Müəllimə 40 yaşlı qızdır. Xarakterində problemlər ola bilər. Şagird müəlliməyə söz qaytarıb. O da qızın qulağını dartıb. Hər gün müəllimlərə tapşırıram ki, şagirdlərlə düzgün rəftar edin, onlara əl qaldırmayın. Amma hərdən belə hadisələr də olur”.

Geri qayıt