Əsas Səhifə > Sosial, Manşet > BÖYÜK KADR İSLAHATLARINA TƏDARÜK GÖRÜLÜR

BÖYÜK KADR İSLAHATLARINA TƏDARÜK GÖRÜLÜR


14-02-2013, 11:45
BÖYÜK KADR İSLAHATLARINA TƏDARÜK GÖRÜLÜR
TƏHLÜKƏLİ QÜVVƏLƏRİN NƏZARƏT ZONALARINA ƏL QOYULACAQ: BAŞLANDI

DİA.AZ: - Redaksiyamıza hakimiyyətin total kadr islahatlarına gedəcəyi ilə bağlı yeni məlumatlar daxil olub. Hökumət içindəki qaynaqların DİA.AZ-a bildirdiklərindən eblə aydın olur ki, gözlənilən yeni dalğada daha çox rusiyameyilli qruplaşmaya aid olan məmurlar hədəfə alınacaq.

Mənbə iddia edir ki, təxminən 40-a yaxın mühüm vəzifə daşıyan məmurun və eləcə də onlarla icra başçısının, həmçinin iki yüksək ranqlı dövlət adamının vəzifədən alınması üçün tədarük görülür. Bu baş verəcəkləri rəsmi Bakının Kreml yandaşlarından qurtulma, hakimiyyət daxilində antiRusiya budanması kimi dəyərləndirən mənbəmiz onu da əlavə etdi ki, artıq kimlərin görəvdən alınacağı tam olaraq təsbit olunub

Qaynağın iddia etdikləri: «Onlar vəzifələrindən azad edilməklə yanaşı, onlara aid biznes şəbəkələri, iqtisadi strukturlar da nəzarətə götürüləcək. Buna mətbuatın dili ilə desək, «iqtisadi rıçaqlara əl qoyulacaq». Çox böyük bir plandır və yaxın günlərdə səs-küyü eşidiləcək».

Geri qayıt