Əsas Səhifə > Dünya > İRANDAN RUSİYAYA "STAVKA"

İRANDAN RUSİYAYA "STAVKA"


13-02-2013, 12:35
İRANDAN RUSİYAYA "STAVKA"
RUS ŞİRKƏTLƏRİNƏ MOLLALARDAN DƏVƏT GƏLDİ

İran Rusiyanın neft şirkətlərinə neft yataqlarının genişləndirilməsini və işlənib hazırlanmasını təklif edib.

SalamNews-un “Farsnews”a istinadla verdiyi xəbərə görə, bunu İranın neft naziri Məhəmməd Nikzad Rusiyaya son səfərinin yekunlarına əsasən bildirib. Nazirin sözlərinə görə, İran tərəfi rusların ölkənin karbohidrogen yataqlarının işlənib hazırlanması sahəsində sərmayə qoymasını təklif edib. M.Nikzad bildirib ki, burada konkret bir yataqdan söhbət getmir, " ümumiyyətlə neft-qaz yataqlarımızın genişləndirilməsini və işlədilməsini təklif etmişik".

Rusiya Federasiyasının enerji naziri Aleksandr Novak da, öz növbəsində, İranın təklifini müsbət qiymətləndirib və xarici şirkətlərin İrandakı neft layihələrinin səhmlərindən bəhrələnməsi qanununun dəyişdirilməsi ilə bağlı müzakirələrin vacibliyini bildirib.

Geri qayıt