Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇILARINI HƏBS TƏHLÜKƏSİ BELƏ GÖZLƏYİR

İCRA BAŞÇILARINI HƏBS TƏHLÜKƏSİ BELƏ GÖZLƏYİR


13-02-2013, 10:28
İCRA BAŞÇILARINI HƏBS TƏHLÜKƏSİ BELƏ GÖZLƏYİR
PREZİDENTİN TƏNBEHİNİN ARDINDAN BİR NEÇƏ BAŞÇI XƏBƏRDARLIQ ALDI

DİA.AZ: - Dünənki müşavirədə prezident İlham Əliyevin icra başçılarına və digər icraedici orqanlara yönəlik sərt çıxışı ölkədə böyük rezonans doğurub. Təbii ki, prezidentin bu şəkildə narahatçılıq dolu münasibət sərgiləməsi son zamanlar ölkədə baş verən hadisələrlə birbaşa əlaqəlidir. Hər halda, bu gün özlərini rəhbəri olduqları rayonların kiçik padşahları kimi aparan icra başçılarının «stop» düymələrinin basılması labüd idi və bu baş verməkdədir.

DİA.AZ-a hökumət içindəki mənbələrdən daxil olan informasiyalardan aydın olur ki, əslində prezident son çıxışı ilə yeni siyasi dönəmi də rəsmən elan etmiş olur: «Neçə müddətdir ki, yeniləşmə prosesinə start verilib. Hər halda, illər ərzində bərqərar olan bir mühitin dağıdılması, onun yerində yeni situasiyanın formalaşdırılması kifayət qədər ciddi prosesdir və zaman almalıdır. Prezidentin son çıxışı isə artıq bu prosesin durdurulmaz olmasından xəbər verir. Və həm də bir mühüm məqamı diqqətə çatdırmış olur: BU İŞDƏ PREZİDENTİN ÖZÜ MARAQLIDIR».

Mənbəmiz bildirir ki, məhz bu məqam hakim düşərgə daxilində böyük dəyişikliklərlə bağlı verilən proqnozların özünü doğrultması anlamını da daşımaqdadır: «Bəli, yeni siyasi kurs nümayiş olunur. Azərbaycan müharibə şəraitində olan bir ölkədir və Azərbaycan kimi ölkələrdə istənilən bir daxili gərginlik ocağı böyük fəsadlar verə bilər. Elə buna görədir ki, kənar güclər Azərbaycanı məhz bu yöndən qarışdırmağa cəhdlər etməkdədirlər».

Mənbəmiz fikrinin sonunda çox ciddi faktları da açıqladı: «Düşünülməsin ki, prezident söz söyləməklə kifayətlənəcək. Məsələn, artıq dünən 20-dən artıq icra başçısına sərt şəkildə xəbərdarlıq edilib və onlara birbaşa olaraq prezidentin adından özlərini yığışdırmaları göstərişi verilib. Onların hər biri sanki bir sınaq dövründədirlər və istənilən bir neqativ olay onlara nəinki vəzifələri hesabına, həmçinin azadlıqları hesabına belə başa gələ bilər».

Geri qayıt