Əsas Səhifə > Ölkə > İRANDAN AZƏRBAYCANA TERRORÇU AXINI

İRANDAN AZƏRBAYCANA TERRORÇU AXINI


23-11-2011, 13:51
İRANDAN AZƏRBAYCANA TERRORÇU AXINI

MOLLA SƏFİRLİYİ MÜNASİBƏT AÇIQLADI

İran Xarici İşləri Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst “Münafiqlər qruplaşması”nın (terrorçu Xalq Mücahidləri Təşkilatı) Azərbaycan ərazisində yerləşməsi barədə İran mətbuatının yaydığı məlumatlara münasibət bildirib.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, R. Mehmanpərəst Tehranda keçirdiyi mətbuat konfransında jurnalistlərin bununla bağlı sualına cavab olaraq Azərbaycan Respublikasında bu qruplaşmanın yerləşməsi barədə rəsmi xəbər alınmadığını qeyd edib:

“Təbiidir, bəzi KİV-lər İranla qonşu dövlətlərin yaxşı münasibətlərinə kölgə salmaq məqsədilə belə xəbərləri yaymaq istəyir. Heç şübhəsiz ki, qonşu dövlətlər də ikitərəfli münasibətləri və ölkəmizin təhlükəsizliyini nəzərə alacaq. Heç bir dövlət qonşu dövlətin təhlükəsizliyini təhdid edə biləcək addım atmağı özünə rəva bilməz. Əks halda, hər iki tərəfin təhlükəsizliyinə ziyan dəyər”.

Qeyd edək ki, “Münafiqlər qruplaşması” və PKK terror təşkilatlarının Azərbaycanın Gəncə şəhəri yaxınlığında yerləşdiyi barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.


Geri qayıt