Əsas Səhifə > Gündəm, Manşet > «AZERCELL»DƏ QALMAQAL

«AZERCELL»DƏ QALMAQAL


23-11-2011, 13:19
«AZERCELL»DƏ QALMAQAL

ŞİRKƏT RƏHBƏRLİYİ BİR İŞÇİNİ GÜLÜNC SƏBƏBLƏ İŞDƏN QOVUB

DİA.AZ: - Ölkənin ən böyük mobil operatoru hesab olunan «Azercell»in adı daha bir qalmaqalda çəkilir. Bildirək ki, bu vaxta qədər «Azercell» daha çox müştəriləri ilə və digər operatorlarla qalmaqallar yaşamışdısa, bu dəfə öz işçilərindən biri ilə problem yaşamalı olub.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan məlumatlardan aydın olur ki, sözügedən şirkətin Bakıdakı ekspress ofislərindən birində çalışan şəxs (həmin şəxs məlumatı redaksiyamıza versə də, hələ də işə bərpa olunacağına ümid etdiyindən, adının çəkilməsini arzulamır -red.) rəhbərliyin qəzəbinə tuş gəlib.

Qəzəb səbəbini isə şikayətçinin öz sözləri ilə diqqətinizə çatdırırıq: «Mən üç aydır ki, «Azercell»in Bakıdakı ekspress ofislərindən birinə işə düzəlmişəm. Maaşım yaxşı idi və şikayətçi deyiləm. Amma rəhbərlik bir günün içində mənə düşmən oldu. Səbəbsə çox cılız və primitivdir. Çünki mənim işlətdiyim nömrələrdən birinin «Bakcell» operatoruna aid olduğunu öyrəniblər».

Bu səbəbdən bir günün içində işdən qovulduğunu bildirən şikayətçi vurğuladı ki, üzləşdiyi gülünc problemlə əlaqədar artıq şirkətin sahibi Ali Ağana da rəsmən müraciət edib.

Mövzu diqqətimizdədir…


Geri qayıt