Əsas Səhifə > Partiya > DİNDAR MƏHBUS AKSİYAYA BAŞLADI

DİNDAR MƏHBUS AKSİYAYA BAŞLADI


12-02-2013, 13:35
DİNDAR MƏHBUS AKSİYAYA BAŞLADI
ONU İRANLA ƏLAQƏYƏ GÖRƏ TUTUBLAR

Bakı İstintaq Təcridxanasında saxlanan Rövşən Mehralıyev aclıq aksiyasına başlayıb. “Media forum” saytına verilən məlumata görə, Cinayət Məcəlləsinin 206 (Qaçaqmalçılıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə tutulan Rövşən Mehralıyev həbsinin əsas motivinin İranda təhsil alması ilə bağlı olduğunu bəyan edir, hüquqlarının tapdandığını bildirir.

Fevralın 12-də “Media forum” saytına danışan Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib ki, aclıq etmək hər bir məhbusun hüququdur: “Aclıq edən məhbus həbsxananın rəisinə rəsmi müraciət etməlidir. Bundan sonra o, digər məhbuslardan ayrılır və həkim nəzarəti altında saxlanır. Daha sonra hansı səbəbdən aclıq etməsi araşdırılır. Ciddi bir səbəb olduqda lazımi tədbir görülür. Rövşən Mehralıyevlə bağlı xəbəri şərh edə bilmərəm. Bunu yalnız onun vəkilindən dəqiqləşdirmək olar”.

Geri qayıt