Əsas Səhifə > Ölkə, Manşet > DAHA BİR İCRA BAŞÇISI ÜZR İSTƏMƏLİ OLDU

DAHA BİR İCRA BAŞÇISI ÜZR İSTƏMƏLİ OLDU


12-02-2013, 12:38
DAHA BİR İCRA BAŞÇISI ÜZR İSTƏMƏLİ OLDU
AĞCABƏDİDƏ ARA QARIŞDI: BAŞÇI HƏRƏKƏTƏ KEÇDİ

DİA.AZ: - Redaksiyamıza daxil olan məlumata görə ötən gecə Ağcabədi rayonunda gərgin vəziyyət yaranıb. Hadisələr Quba və İsmayıllıda olduğu kimi üsyan həddinə çatıb. Gərginliyin yaranmasına səbəb də elə bu rayonlarda olduğu kimi məmur özbaşınalığı olub.

DİA.AZ bildirir ki, bu barədə "AzeriNews.org" portalı xəbər yayıb. Daxil olan məlumatlara görə, bazar günü axşam saat 21:00 radələrində Ağcabədi rayonu mərkəzində Qaradolaq kəndindən olan bir qrup gənclə rayon pasport şöbəsinin rəisi Faiq İbrahimovun qardaşı oğlunun adamları ilə kütləvi dava baş verib. Dava zamanı ciddi xəsarət alanlar da olub. Mənbənin sozlərinə görə, davaya səbəb adı çəkilən məmurun qohumunun Qaradolaq kəndindən olan cavanları təhqir etməsi olub. Onu da bildirək ki, həmin şəxs rayonda motel işlədir və mübahisə bu moteldə əxlaqsız əməllərlə məşğul olmaqdan yaranıb.

Rayondakı mənbəmiz bildirir ki, dava bitsə də əhali sakitləşməyib və gecə saatlarında yüzlərlə şəxs rayon mərkəzinə toplaşəb. Ətraf rayonlardan Ağcabədiyə əlavə polis qüvvəsi cəlb edilib. Rayon icra başçısı Şahin Məmmədov etirazçıların qarşısına çıxıb üzr istədikdən sonra əhali dağılıb.

DİA.AZ bildirir ki, neçə müddətdir Ağcabədidə narazı sahibkarlarla bağlı məlumatlar da yayılır və xəbərlərə görə, 200-dən artıq fermer-sahibkar icra başçısına qarşı imzatoplama kampaniyasına başlayıblar.

Geri qayıt