Əsas Səhifə > Cəmiyyət > HACI İBRAHİMƏ QARŞI ŞOK İTTİHAMLAR
HACI İBRAHİMƏ QARŞI ŞOK İTTİHAMLAR12-02-2013, 12:10 |
"AVESTA"NIN ŞEFİ YEYİNTİDƏ İTTİHAM OLUNUR “Alyans “ şirkətinin prezidenti, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan müttəhim Məmmədov Hümbət Asan oğlu “Təzadlar “a sensasiyalı məktub-müraciət göndərib. Müraciət ölkə Prezidenti cənab İlham Əliyevə, Baş Prokuror Z.Qaralova, MTN naziri E.Mahmudova, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə ünvanlıdır. Məktuba həm də onun məhkəmə ifadəsinin surəti əlavə olunub. Məktubda dəhşət saçan ifadələr, məqamlar və faktlar yer alıb. Həmin şok və sensasiya dolu məktub-yazı çapa hazırlanır. Hələlik bircə onu deyə bilərik ki, uzun illər Rusiyada çalışmış və özünə karyera yaratmış “Alyans “ Şirkətinin Prezidenti H.Məmmədov 2004-cü ildə Bakıya qayıdır. Hansı ki, həmin dövrlərdə “Alyans “ Rusiyanın ёQazprom» Şirkətinin 12 operatorundan biri kimi olduqca işgüzar və çoxsahəli fəaliyyətlə məşğul olub… Lakin Azərbaycana qayıtmağı və Hacı İbrahimlə şərikli fəaliyyətə başlaması ilə hər şey alt-üst olur. Belə ki, H.İbrahimli yüksək çinli məmurlara vermək adı altında şəriki, “Alyans “ Şirkətinin rəhbəri H.Məmmədovun etibarından sui-istifadə edərək onun 12 miyon manat pulunu mənimsəyir və s. *** -Bəs “Avesta “nın rəhbəri Hacı İbrahim həmin pulları hansı yüksək statuslu tanınmışlara verdiyini deyib? -Rəsul Quliyevə çatası pullar kimlərin vasitəsi ilə və hansı formada göndərilirmiş? -H.Məmmədovun 2004-2006-cı illər ərzində 1 milyon dollara yaxın nəgd pulu hədiyyə kimi vermiş olduğu Əflatun Piriyev əslində kimdir? -Əflatun Piriyevin Rəsul Quliyevin Bakıya gəlişi məqsədi ilə aldığı və xərclədiyini dediyi 500 min dollar pul əslində kimə məxsus idi? -H.Məmmədovun və H.İbrahimlinin digər şəriki Vaqif Bağırovun adına “Sputnik “ telefonunu alıb Bakıya gəlişini koordinasiya etmək üçün Rəsul Quliyevlə danışan kim olmuşdu? Geri qayıt |