Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISI İLƏ DEPUTAT OV BAŞINDA

İCRA BAŞÇISI İLƏ DEPUTAT OV BAŞINDA


23-11-2011, 12:34
İCRA BAŞÇISI İLƏ DEPUTAT OV BAŞINDA

ETSN-NİN ƏMƏKDAŞLARI YENƏ DƏ «ŞİRİN-ŞİRİN» SÖHBƏT EDİBLƏR

DİA.AZ: - Artıq neçə gündür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ayrı-ayrı qoruq zonalarında quş qripi ilə əlaqədar reydlər keçirməkdədirlər. Bu barədə ETSN-dən verilən rəsmi məlumatlarda da bildirilir ki, məlum epidemiya ehtimalları səbəbindən Azərbaycan ərazisində quşların ovlanması qadağan edilib və buna görə, müvafiq hüquqi ölçülər götürülür.

Onu da bildirək ki, Azərbaycanda kifayət qədər ov həvəskarı var. Məsələn, bu günlərdə məlumat yayıldı ki, İşgəncələr əleyhinə komitənin sədri, tanınmış hüquqşünas Elçin Behbudov da qanunsuz ov etdiyinə görə saxlanılıb. Onunla bərabər YAP-ın rayon təşkilatlarının birinin sədri də eyni hüquqi addımla üz-üzə qalıb. Doğrudur, Elçin bəy sonradan bu məlumatı təkzib etdi və bildirdi ki, sadəcə olaraq ərazidə hava alırmış və bu zaman ETSN-nin əməkdaşları ilə rastlaşaraq, onlarla şirin-şirin söhbət edib.

Amma redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, icra başçılarından biri də bu günlərdə ETSN-nin əməkdaşları ilə «şirin-şirin söhbət etmək» məcburiyyətində qalıb. Mötəbər mənbələrdən «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) verilən məlumatda bildirilir ki, ETSN-nin əməkdaşları tərəfindən ov başında yaxalanan şəxs Gəncənin icra başçısı Elmar Vəliyevdir.

Bu barədə mənbənin söylədikləri: «Elmar Vəliyev və onunla dostluq edən millət vəkillərindən biri Göygöl qoruq zonasında keçən həftənin şənbə və bazar günləri istirahət ediblər. Bazar günü isə onlar ETSN-nin əməkdaşları tərəfindən yaxalnıblar. Doğrudur, onların kimlikləri aydın olandan sonra barələrində heç bir hüquqi ölçü götürülməyib».

Mənbə bildirir ki, icra başçısı ilə deputat həmin ərazidə xallı maral ovuna çıxıbmışlar ki, bu nadir heyvan növünün ovlanması qəti qadağandır.


Geri qayıt