Əsas Səhifə > Hadisə > 3-CÜ ZABİTİMİZİN DƏ MEYİTİ TAPILDI

3-CÜ ZABİTİMİZİN DƏ MEYİTİ TAPILDI


12-02-2013, 11:01
3-CÜ ZABİTİMİZİN DƏ MEYİTİ TAPILDI
NAZİRLİKDƏN AÇIQLAMA GƏLDİ

Bakıda fevralın 11-də qəzaya uğramış hərbi helikopterin 3-cü zabiti Yaşar Əhmədovun meyiti tapılıb. Bu barədə Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

Əməliyyata xilasedicilər və FHN-nin katerləri, həmçinin Müdafiə Nazirliyinin texnikası, təcili tibbi yardım briqadaları cəlb edilmişdir.
Trend-in hadisə yerində olan əməkdaşına verilən məlumatına görə, xilasedicilər helikopterin kabinəsini tapıblar və yaxın zamanda o çıxarılacaq.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.
Hərbi mənbədən Trend-ə bildiriblər ki, Xəzər dənizinə düşən "Mİ-17" markalı helikopter olub.
FHN-in yaydığı məlumata görə, 11.02.2013-cü il saat 10:30 radələrində Qaradağ rayonu ərazisində, sahildən təqribən 300 metr məsafədə Xəzər dənizinə düşmüş helikopterin və heyət üzvlərinin axtarış-xilasetmə əməliyyatına cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən görülmüş tədbirlər nəticəsində helikopterin dənizə düşdüyü yer aşkar olunub.

Geri qayıt