Əsas Səhifə > Siyasət, Manşet > ÖLKƏ GÜNDƏMİNDƏ BOMBA KİMİ PARTLAYACAQ OLAY

ÖLKƏ GÜNDƏMİNDƏ BOMBA KİMİ PARTLAYACAQ OLAY


9-02-2013, 15:51
ÖLKƏ GÜNDƏMİNDƏ BOMBA KİMİ PARTLAYACAQ OLAY
TANINMIŞ MÜXALİFƏTÇİ ƏLİ HƏSƏNOVDAN HANSI FORMADA MALİYYƏ ALIR

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin səsləndirdiyi ittihamlara verdiyi son cavabında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ikibaşlı bir cümləsilə də diqqətə gəlmişdi. PA şefi «O, (Elşad Abdullayev nəzərdə tutulur -red.) elə bir təəssürat yaratmağa çalışır ki, biz guya təkcə Müsavat Partiyasını dəstəkləyirik» ifadəsini işlətmişdi.

Xatırladaq ki, buna qədər də Ramiz Mehdiyevin müxalifətin bəzi çevrələrilə mübhəm əlaqələrini sübutlayan kifayət qədər ciddi faktlar ortaya qoyulmuşdu və son olaylar zamanı da bir sıra məqamlar ictimaiyyət üçün aydınlaşdı.

DİA.AZ-a daxil olan son faktlar isə Ramiz Mehdiyevin bir nömrəli adamı kimi tanınan PA-nın şöbə müdiri Əli Həsənovun müxalifətin çox tanınmış simalarından biri ilə gizli əlaqələrini sübut etməkdədir. Bildirək ki, həmin fakt əlimizdədir və bu məlumatın açıqlanması bir çox çevrələri kökündən silkələyə bilər.

Həmin faktda müxalifətçi kimi tanıdığımız şəxs Əli Həsənovdan təlimat aldığını tam olaraq təsdiqləyir və Əli Həsənovdan yeni təlimatlar almaq istəyir. Söhbət bir xəbər portalının fəaliyyətindən gedir ki, müxalifətçi kimi tanıdığımız şəxs Əli Həsənovdan hər ay üçün 6 min manat pul istəyir və eyni zamanda digər xərcləri ödədiyini, həmçinin məbləğin az olacağı təqdirdə çətinlik çəkəcəyini də etiraf edir.

Hər halda, biz bu faktı tam çılpaqlığı ilə ortaya qoya bilərdik. Sadəcə olaraq bəzi məqamları aydınlaşdırırıq və yaxın günlərdə diqqətinizə hər kəsi şoka salacaq və hər kəsi heyrətləndirəcək həmin faktı olduğu kimi təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Geri qayıt