Əsas Səhifə > Gündəm, Manşet > ERMƏNİLƏRLƏ QOHUM OLAN MƏMURLARLA BAĞLI ŞOK QƏRAR

ERMƏNİLƏRLƏ QOHUM OLAN MƏMURLARLA BAĞLI ŞOK QƏRAR


9-02-2013, 11:07
ERMƏNİLƏRLƏ QOHUM OLAN MƏMURLARLA BAĞLI ŞOK QƏRAR
HAKİMİYYƏT BU YÖNDƏ FƏALİYYƏTƏ KEÇİR: VƏZİFƏLƏRİNİ İTİRƏCƏKLƏR

DİA.AZ: - Redaksiyamıza erməni əsilli və yaxud da ermənilərlə qohumluq əlaqələri olan məmurlar haqqında çox ilginc məlumatlar daxil olub. Bildirək ki, DİA.AZ-ın elektron ünvanına göndərilən xəbərdə olduqca şok faktlar açıqlanır və çox ciddi iddialar yer alır, erməni kökənli, ermənilərlə qohum olan məmurların siyahısı da verilib.

Amma hələlik bu faktların tamamını diqqətinizə çatdıra bilmərik. Çünki ortada sübut etmə imkanları olduqca məhduddur. Lakin əməkdaşlarımız bu yöndə araşdırma aparırlar və yaxın günlərdə həmin faktların bəzilərini diqqətinizə təqdim edəcəyik.

Bu arada DİA.AZ-a daxil olan bir başqa informasiyada isə qeyd olunur ki, hakimiyyətin yuxarı eşalonunda da erməni kökənli, ermənilərlə qohumluq əlaqəsi olan məmurlar, deputatlar barəsində ölçünün götürülməsi, onların uzaqlaşdırılması yönündə ideyalar səsləndirilib.

Mənbəmizin söylədikləri: «Hətta çox mühüm postlarda belə ermənilərlə qohumluğu olan bir sıra məmurların qərarlaşdığı təsbit olunub ki, həmin şəxslərin tədrici olaraq uzaqlaşdırılması siyasəti yürüdüləcək».

Geri qayıt