Əsas Səhifə > Cəmiyyət > BAKI AĞ ADAMLARLA QARA ADAMLARA BÖLÜNÜR
BAKI AĞ ADAMLARLA QARA ADAMLARA BÖLÜNÜR23-11-2011, 11:45 |
PAYTAXTDA VARLILAR ÜÇÜN MƏHƏLLƏ SALINIR Azərbaycan paytaxtında “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində “Yaşıl ada” rayonu inşa olunacaq. AzərTAc-ın verdiyi məlumata görə, “Bakı Ağ Şəhər” layihəsinin icra qrupundan bildirilib ki, Böyük Britaniyanın “Atkins” şirkətinin layihəsinə əsasən tikiləcək “Yaşıl ada”da Fəvvarələr meydanının qərbində, fransız üslublu, orta hündürlüyü olan evlərlə əhatə olunan 45 villalı rayon yerləşəcək. Rayonun tam mərkəzində, yüksəklikdə yerləşəcək “Aypara Residence” adlanacaq yaraşıqlı bina ətrafda təkrarolunmaz bir atmosferin yaradılmasına xidmət etməklə yanaşı, şəhərin müasir memarlığına qiymətli tövhə olacaq. Layihəyə görə, ərazisi 22,5 hektar nəzərdə tutulan rayonda 312 min 200 kvadratmetrlik yaşayış, 23 min 520 kvadratmetrlik ticarət sahəsi, eləcə də yaşıllaşdırılmış küçə və bağların salınması da planlaşdırılıb. Geri qayıt |