Əsas Səhifə > Şou-biznes > DOSTUNDAN MÜĞƏNNİYƏ JEST

DOSTUNDAN MÜĞƏNNİYƏ JEST


23-11-2011, 11:36
DOSTUNDAN MÜĞƏNNİYƏ JEST

FOTOSESSİYANIN ARDINDAN MEHİNƏ KLİP DƏ ÇƏKDİRİLİR

Müğənni Mehin Hümbətova yaradıcılıq işlərini dostuna həvalə edib. Milli.Az xəbər portalının məlumatına görə, M.Hümbətovanın dostu, fotoqraf Cəlal Kəngərli müğənni üçün hazırladığı fotosessiyadan başqa, yeni mahnısına da klip çəkəcək.

M.Hümbətovanın Milli.Az xəbər portalına verdiyi məlumata görə, bu yaxınlarda musiqisi Tunara, sözləri isə meyxanaçı Vüqara məxsus olan "Səndən insaf dilər yarın" adlı yeni mahnısına klip çəkdirəcək. O, mahnını duet şəkildə həmkarı Sadiq Məmmədovla ifa edib.

Müğənni onu da qeyd etdi ki, mahnı yeni üslubda aranjman olunub və buna uyğun da klip çəkiləcək.

"Həmkarım Sadiq Məmmədovla ifa etdiyim musiqisi Tunara, sözləri isə meyxanaçı Vüqara məxsus olan "Səndən insaf dilər yarın" adlı mahnı yeni aranjmanda hazırlanıb. Belə ki, mahnının aranjmanına uyğun olaraq, dostum, fotoqraf Cəlal Kəngərli klip çəkəcək. Bu klip C.Kəngərli ilə mənim ilk işim olacaq", - M.Hümbətova dedi.

Geri qayıt