Əsas Səhifə > Hadisə > MİSİR MƏRDANOVUN ƏTRAFINDA HƏBSLƏR PLANLAŞDIRILIR

MİSİR MƏRDANOVUN ƏTRAFINDA HƏBSLƏR PLANLAŞDIRILIR


21-09-2011, 16:00
MİSİR MƏRDANOVUN ƏTRAFINDA HƏBSLƏR PLANLAŞDIRILIR

ORXAN KƏRİMOV AZAD OLUNA BİLƏR; NAZİRƏ SAXTA SƏNƏDİ İMZALATMIŞ MƏMURLAR YENİ HƏDƏFDİR

Son günlər təhsil sistemində baş verənlər artıq Braziliya serialları kimi cəmiyyət tərəfindən maraqla izlənilməkdədir. Və hələ də "baş qəhrəman"ın - təhsil Naziri Misir Mərdanovun "filmdən", yəni görəvindən çıxarılmaması artıq tamaşaçıya çevrilmiş cəmiyyətdə əlavə emosiyaya və həyəcana nədən olmaqdadır.

Amma "tamaşaçılar" üçün üzücü xəbərimiz var. "Serial" özünün "Final sonu"na yaxınlaşır.

Redaksiyamıza mötəbər mənbələrdən daxil olan informasiyaya görə, artıq Misir Mərdanovun özü ilə bağlı da konkret addımlar atıla bilər. Bu barədə mənbənin söylədikləri: "Misir Mərdanov bir neçə dəfə "kəfəni yırtsa" da, bu dəfə qurtuluş çətindir. O "mən də istefaya gedə bilərəm, nazir ola bilməsi üçün məndən də layiqli şəxslər var" şəklində açıqlaması ilə əslində özünəməxsus bir gediş etmiş oldu. Yəni öz aləmində özünü sığortaladı. Çünki bu açıqlamanın ardından Mərdanov görəvindən alınsaydı, daxildəki gərginlik üzə çıxmış olardı. Bu isə YAP iqtidarının üslubu deyil".

Mənbəmizin sözlərinə görə, Misir Mərdanovun yerinə təyin ediləcək şəxsin kimliyi də məlumdur: "Əslində Mərdanov 3 müavini ilə bərabər getməli idi. Doğrudur, həmin müavinləri mətbuatda ona rəqib kimi təqdim olundular, amma əslində onlar Mərdanovun kadrları idi".

Mənbəmiz bu arada maraqlı bir xəbəri də diqqətimizə çatdırdı: "Yaxın günlərdə təhsil nazirliyinin iqtisadiyyat şöbəsinin rəis müavini Orxan Kərimov azadlığa çıxa bilər". Bu xəbəri verən qaynaq onu da söylədi ki, istintaq zamanı da Orxan Kərimovun günahsızlığı sübuta yetirilib: "Onun əvəzinə təhsil nazirliyinin katibliyindən həbslər ola bilər. Çünki onlar Misir Mərdanova əsli dəqiqləşdirilməyən saxta sənədi imzalatdırıblar" (pia.az).


Geri qayıt