Əsas Səhifə > Cəmiyyət > ZAQATALADA BİABIRÇILIQ

ZAQATALADA BİABIRÇILIQ


7-02-2013, 13:12
ZAQATALADA BİABIRÇILIQ
Zaqatalanın icra başçısı telekanallara qadağa qoyub, mobil telefonla çəkiliş aparanlar mərasimdən uzaqlaşdırılıb

Fevralın 6-da Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında şəhid olan leytenant Turan Nadir oğlu Əsgərov doğulduğu Zaqatala rayonunda dəfn edilib. Zaqatalada olan mənbələrimizin verdiyi məlumata görə, dəfn mərasimi fövqəladə vəziyyət şəraitində keçirilib. Azadliqnews.az-a rayondan verilən mlumata görə məhrumun ata evinə gedən “Salahəddin Kazımov” küçəsi mülki geyimli polislər tərəfindən nəzarətə götürülüb. Dəfin mərasiminə rayon icra başçısı Mübariz Əhmədzadə və yüksək rütbəli hərbçilər qatılıb. Mərasimi çəkmək üçün gələn “Şəki” telekanallının əməkdaşları icra başçısının göstərişi ilə ərazidən uzaqlaşdırılıb. Telefon çəkilişi aparan gəncləri polis saxlayıb və telefonlardan çəkilişləri siliblər. Mənbənin bildirdiyinə görə, məhəllə mollasına hüzr mərasimini aparmaq qadağan edilib. İcra başçısı hüzr mərasimini keçirmək üçün Qafqaz İslam Universitetinin Zaqatala filialının müəllimini gətizdirib. Ən ürəkağrıdan olay isə dəfindən sonra yaşanıb. Dəfn mərasimini aparan molla şəhidliyin zirvəsi haqında çıxış edib, vətənin bütövlüyü uğrunda həlak olanların unudulmayacağını qeyd edib. Daha sonra bildirib ki, dəfində rayon icra başçısı və zabitlər iştirak edir. Molla həmin şəxslərə xitabən şəhid barədə çıxış etməsini xahiş edib. Lakin icra başçısı və yüksək rütbəli zabitlər çıxış etməyiblər. Molla 2 dəfə icra başçısına və yüksək rütbəli zabitlərə çıxış etməyə dəvət etsə də qarşı tərəf susqunluq nümayiş etdirib.

ZAQATALADA BİABIRÇILIQ
ZAQATALADA BİABIRÇILIQ

Geri qayıt