Əsas Səhifə > Hadisə > RAUF HƏBİBOVU MƏHKƏMƏYƏ GƏTİRƏ BİLMİRLƏR

RAUF HƏBİBOVU MƏHKƏMƏYƏ GƏTİRƏ BİLMİRLƏR


7-02-2013, 12:28
RAUF HƏBİBOVU MƏHKƏMƏYƏ GƏTİRƏ BİLMİRLƏR
"QUBA İŞİ"NDƏ ŞAHİD TAPILMIR

Xaçmaz Rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə 1 mart Quba hadisələrinə görə tutulanların işi üzrə məhkəmə prosesi keçirilir.

Bu gün 10:30-a təyin olunan proses hələ də başlamayıb. Buna səbəb isə şahidlərin məhkəməyə gəlməmıəsidir. Əvvəlki proseslərdə təqsirləndirlən şəxslərin - Quba bələdiyyəsinin sədri Elxan Əliyevin, “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqovun, baş redaktoru Zaur Quliyevin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli şöbəsinin əməkdaşı Zakir Məmmədovun, yanacaqdoldurma məntəqəsinin sahibi Gülağa Ağayev və onun nəvəsi Muxtar Ələkbərovun sərbəst ifadələri dinlənib. Hazırda məhkəmədə şahidlərin və zərərçəkənlərin dindirilməsi mərhələsidir. Artıq iş üzrə dindirilməli olan 98 şahiddən 64 nəfəri məhkəmədə ifadə verib. İş üzrə yeganə zərərçəkən Rauf Həbibov da məhkəməyə gəlmir. E.Əliyevin vəkili Kamandar Nəsibov R.Həbibovun zorla məhkəməyə gətirilməsi haqda vəsatət verib. Amma bu vəsatətə məhkəmə münasibətini açıqlamayıb.
\ musavat.com \
Geri qayıt