Əsas Səhifə > Şou-biznes > ŞOU-BİZNESİN ANTİ-CADU TƏDBİRİ

ŞOU-BİZNESİN ANTİ-CADU TƏDBİRİ


7-02-2013, 10:28
ŞOU-BİZNESİN ANTİ-CADU TƏDBİRİ
İLHAMƏ QULİYEVA BELƏ QORUNDU

Azərbaycanın xalq artisti, taclı primadonna İlhamə Quliyevaya “Rəngarəng” verilişinin yaradıcı heyəti ağ at bağışlayaraq onun kraliça olduğunu sübuta yetirdilər. Proqramın çəkilişi təkcə bununla yadda qalmadı.

“Rəngarəng”in əsas siması Zaur Nəbioğlunun təşəbbüsü ilə İlhamə xanımın şərəfinə məkana üzərlik gətirildi. Bəd nəzərə meydan oxuyan sənətkarın başına dolanan yanan üzərliyin qoxusundan tanınmış prodüser Tolik və Zaurun özünə də pay düşdü.

Baş verənləri daha ətraflı izləmək istəyən oxucularımız 8 fevral, saat 21:00-da Lider TV-nin efirində yayımlanacaq verilişi izləməyi ikinci plana keçirməsinlər.

Qeyd edək ki, verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.

ŞOU-BİZNESİN ANTİ-CADU TƏDBİRİ
ŞOU-BİZNESİN ANTİ-CADU TƏDBİRİ

Geri qayıt