Əsas Səhifə > Şou-biznes > RƏQSANƏ ONA PİSLİK EDƏNLƏRİ İFŞA EDİR

RƏQSANƏ ONA PİSLİK EDƏNLƏRİ İFŞA EDİR


7-02-2013, 09:50
RƏQSANƏ ONA PİSLİK EDƏNLƏRİ İFŞA EDİR
TÜRKİYƏDƏ ONUN HAQQINDA SERİAL ÇƏKİLİR

Müğənni Rəqsanənin tez-tez Türkiyəyə səfər etməsinin səbəbi bəlli olub.

Axşam.az-ın məlumatına görə, müğənni qardaş ölkədə albom çıxarmaqla yanaşı, seriala da çəkiləcək.

Bu serial Rəqsanənin həyatından bəhs edəcək:
“Türk rejissorunun çəkəcəyi serialda mənim həyat hekayəm nümayiş olunacaq. Burada həyatımda olmuş bütün nankör insanları tanıyacaqsınız, başıma gəlmiş hadisələrdən xəbərdar olacaqsınız. Çox maraqlı alınacağına inanıram. Hətta serialda oynayacaq aktyorlar da müəyyənləşdirilib. Yaxın günlərdə çəkilişlərə başlanılacaq”.

Geri qayıt