Əsas Səhifə > Dünya > MURSİ BƏŞƏR ƏSƏDƏ SƏSLƏNDİ

MURSİ BƏŞƏR ƏSƏDƏ SƏSLƏNDİ


7-02-2013, 09:34
MURSİ BƏŞƏR ƏSƏDƏ SƏSLƏNDİ
"DÜNYADA BAŞ VERƏNLƏRİ QİYMƏTLƏNDİRİN"

Misir prezidenti Məhəmməd Mursi İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı zamanı Suriya məsələsinə toxunaraq perzident Bəşər Əsədi tarixindən dərs almağa çağırıb. Onun sözlərinə görə, ölkədə davam edən zorakılıqlara son qoymaq üçün hökumət və Suriya Milli Koalisiyası tərkibində bütün müxalif partiyalar bir araya gəlməli və problemləri demokartiya prinsiplərinə uyğun şəkildə danışıqlar yolu ilə həll etməlidirlər.

"Suriya rejimi dünyada baş verənləri doğru qiymətləndirməli və tarixindən nəticə çıxarmalıdır. Öz mənafeyini xalqın istək və tələblərindən üstün tutanlar nəticədə məğlub olurlar", - deyə Mursi sözlərini ifadə edib.

Geri qayıt