Əsas Səhifə > Ölkə > ƏBÜLFƏS QARAYEV ADP-ÇİNİ İŞDƏN ÇIXARDI
ƏBÜLFƏS QARAYEV ADP-ÇİNİ İŞDƏN ÇIXARDI22-11-2011, 16:12 |
OLAYDA SİYASİ MOTİV VAR Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun müavini işdən çıxarılıb. ADP-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, partiya sədrinin gənclərlə iş üzrə müavini Cəmil Hacıyevin işlədiyi Bakı şəhər mədəniyyət və turizm idarəsindəki vəzifəsindən azad olunub. Onun işdən azad edilməsi üçün heç bir ciddi səbəbin olmadığı bildirilir. ADP bəyan edib ki, C. Hacıyev vəzifə öhdəliklərini tam yerinə yetirsə də, adıçəkilən idarədəki vəzifəsindən siyasi motivlə xaric edilib. Partiya baş verən hadisəni qətiyyətlə pisləyib, bu qərarın C. Hacıyevin siyasi fəaliyyəti ilə bilavasitə əlaqədar olduğunu qeyd edib və müvafiq qurumlardan onun əvvəlki işinə bərpa edilməsini tələb edib. Geri qayıt |