Əsas Səhifə > Güney Press, Araşdırma > "AİLƏ TV" İFLASA UĞRAYIB?

"AİLƏ TV" İFLASA UĞRAYIB?


6-02-2013, 12:24
"AİLƏ TV" İFLASA UĞRAYIB?
İSTİFADƏÇİLƏRİN ÇIXIŞ YOLU QALMAYIB

Azərbaycanda bir çox şirkətlərin müştərilərin hüquqlarına etinasız yanaşması haqqında müzakirələr yeni deyil. Onların birtərəfli qaydada tətbiq etdiyi müqavilələri müştərilərə imzalatması sonda istehlakçıları çıxılmaz duruma salır. Belə problemlərin yaşandığı şirkətlərdən biri də “Ailə TV” şirkətidir.
Xətai rayonunda yaşayan sakinlərin verdiyi məlumata görə, bu gün səhərdən “Ailə TV”-nin rayon ərazisində yayımı dayandırılıb. Abunəçilər bununla bağlı adıçəkilən şirkətin “920” telefon sorğu şirkətinə müraciət etsələr də, onlara günün sonunadək xidmətdən istifadə edə bilməyəcəkləri xatırladılıb. Buna etiraz edən və aylıq ödənişi bir gün gecikdirən kimi, şirkət əməkdaşlarının qapını kəsdirdiyini xatırladan abunəçilərə onların bununla bağlı müqaviləyə imza atdıqları deyilib. Şirkətin Yaşar adlı operatoru çıxış yolu kimi məhkəməyə müraciət etməyi tövsiyyə edib.
Bu məqamda onu da bildirək ki, şirkətin bir çox yeni tikilələrdə, o cümlədən “Akkord”un “Uğur 1” yaşayış kompleksində rəqibi yoxdur və digər şirkətlər həmin binalara buraxılmadıqlarına görə, sakinlər məcburi qaydada “Ailə TV”-nin xidmətindən istifadə etmək məcburiyyətində qalırlar.

Geri qayıt