Əsas Səhifə > Ölkə > ŞOK: ƏKRƏM ƏYLİSLİ ERMƏNİSTANA KÖÇÜR

ŞOK: ƏKRƏM ƏYLİSLİ ERMƏNİSTANA KÖÇÜR


6-02-2013, 11:57
ŞOK: ƏKRƏM ƏYLİSLİ ERMƏNİSTANA KÖÇÜR
MÜƏLLİM DEYƏSƏN, "NOBEL"Ə İDDİALIDIR

Yazdığı “Daş yuxular” romanı ilə anti-Azərbaycan təbliğatı aparan Əkrəm Əylislidən təzə xəbər var. “OLAYLAR”ın məlumatına görə yazıçı bu günlərdə qəbul etdiyi qərarla bir daha ermənilərə yaxınlığını təsdiqləyib. Əkrəm Əylisli “Daş yuxular” romanından sonra Ermənistana köçmək qərarına gəlib. Məlumata görə, o Ermənistandan bu barədə təklif də alıb.

Ermənistandakı iş adamları olan dostları Ermənistana gələcəyi təqdirdə ona vətəndaşlıq veriləcəyini, mənzil və maşınla təmin olunacağına söz veriblər. Əkrəm Əylisli isə bu təklifi qəbul edib və hətta ailəsini də Ermənistana köçürmək istəyib. Amma, ailə üzvləri-Əkrəm Əylislinin həyat yoldaşı və oğlu bu təklifdən imtina edib.

Yazıçının ailəsi Azərbaycanı tərk edəcəyini bildirsə də Əkrəm Əylislinin təklifinə qarşı çıxıblar. Yəni ailə üzvləri Ermənistana köçməkdən imtina edib. Əkrəm Əylisli isə ailəsindən ayrılsa da, Ermənistana köçəcəyini bildirib. Xatırladaq ki, Əkrəm Əylislinin saxta faktlarla yazdığı romandan sonra işdən çıxarılan həyat yoldaşı və oğlu Azərbaycanda yaşaya bilməyəcəklərini və xaricə köçəcəklərini bildirblər.

Geri qayıt