Əsas Səhifə > Sosial, Manşet > ABU REKTORU NƏDƏN UĞURSUZLUQ ZOLAĞINA DÜŞDÜ?

ABU REKTORU NƏDƏN UĞURSUZLUQ ZOLAĞINA DÜŞDÜ?


6-02-2013, 11:06
ABU REKTORU NƏDƏN UĞURSUZLUQ ZOLAĞINA DÜŞDÜ?
ELŞAD ABDULLAYEV ÖZÜNÜ HOLLİVUDLU REJİOSSARLAR KİMİ APARDI

DİA.AZ: - «Bu gün ABU-nun keçmiş rektoru Elşad Abdullayevin susması ona verilən proqramma uyğundur». Bu izahatı DİA.AZ-a Nazirlər Kabinetindəki qaynağımız çatdırıb. Mənbənin sözlərinə görə, fəaliyyətin dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru zaman-zaman müxtəlif gedişlər edib ki, bunların da heç bir təsadüfi olmayıb:

«Plan olub, amma plan yanlış işlənildiyindən indi uğursuzluq zolağına düşüb. Çünki qısa müddət içində hədəfi genişləndirdilər. Belə olmamalı idi. Bir neçə hədəf meydana gəlirsə, o zaman müdafiə olunanların da miqyası genişlənir. Elə bir təəssürat yaratmağa çalışıldı ki, sanki bütün iqtidar düşərgəsindən bir günün içində imtina olunmalıdır. Xam xəyal idi».

Mənbəmiz bildirir ki, ilk əvvəl uğurlu gedişlər edən Elşad Abdullayev bəlkə də məşhur hollivudlu kinorejissorlar kimi ulduz xəstəliyinə tutularaq, eyforiyaya qapıldı ki, bunun da nəticəsində özfəaliyyətə keçdi: «Çünki əvvəlki gedişlər ağıllı idi. Nəticəsi də oldu. Gülər Əhmədovanın mandatı alındı, neçə-neçə istefalar və həbslər baş verdi. Bu şəkildə gedilməli idi. Durub-dururkən miqyasın dəyişdirilməsi, genişləndirilməsi artıq iş idi. Odur ki, bundan sonra Elşad Abdullayevin açıqlayacağı istənilən bir fakt yalnız maraqlı bir detektiv romanı kimi ölkə vətəndaşları, ictimai rəy tərəyindən qəbul ediləcək».

Geri qayıt