Əsas Səhifə > Dünya > BEN LADENİN DƏ EVİ PLANA DÜŞDÜ

BEN LADENİN DƏ EVİ PLANA DÜŞDÜ


6-02-2013, 10:43
BEN LADENİN DƏ EVİ PLANA DÜŞDÜ
ONUN YERİNDƏ ƏYLƏNCƏ MƏRKƏZİ TİKİLİR

“Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Ladenin öldürüldüyü evin yerində müasir əyləncə mərkəzi tikiləcək.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Abbotabad şəhərindəki Üsamə Bin Laden və ailəsinin 2011-ci ilin mayına qədər yaşadığı evin yerində 5 il ərzində tikiləcək əyləncə mərkəzində attraksion parkı, zoopark, mini-qolf və paraşüt idmanı üçün idman meydançası də olacaq.

Əyləncə mərkəzinin tikintisinə 50 milyon dollar xərclənməsi nəzərdə tutulub. Abbotabad şəhərinin rəhbərliyi bununla şəhərin mənfi imicinin dəyişməsinə nail olmağa çalışır.

Geri qayıt