Əsas Səhifə > Siyasət, Manşet > İSMAYILLI HADİSƏLƏRİ İLƏ BAĞLI ŞOK İDDİALAR

İSMAYILLI HADİSƏLƏRİ İLƏ BAĞLI ŞOK İDDİALAR


6-02-2013, 10:13
İSMAYILLI HADİSƏLƏRİ İLƏ BAĞLI ŞOK İDDİALAR
BİR NEÇƏ SAATA 3000-DƏN ARTIQ İNSANI HEÇ BİR MÜXALİFƏTÇİ YIĞA BİLMƏZ

DİA.AZ: - Artıq İsmayıllıda baş verən hadisələrin müxalifətin ayağına yazılması yönündə çox ciddi addımlar atılıb ki, bu da bir çox dairələrdə şübhəli qarşılanıb. DİA.AZ-a verilən məlumatlardan aydın olur ki, hətta bu gün hakimiyyətin öz daxilində də bu iddialar gülünclə qarşılanıb. Yəni bu ona bənzəyir ki, ABŞ-ın illər əvvəl qətlə yetirilmiş prezidenti Kennedinin ölümündə də bu gün hansısa müxalifətçinin Bakıda ittiham olunaraq qollarının qandallanması gözləniləndir.

Amma reallıq tamam fərqlidir. Bu barədə DİA,AZ-a şok məlumatlar daxil olub. Etibarlılığına şübhə etmədiyimiz qaynağın iddialarından belə aydın olur ki, İsmayıllı hadisələri qabaqcadan təşkil olunmasa da, prosesdən sui-istifadə edənlər olub. Xatırlayırsınızsa, hələ xeyli əvvəldən Rusiyanın xüsusi xidmət orqanlarının Azərbaycanın ayrı-ayrı bölgələrində iş aparmaları barədə məlumat vermişdik. Həmin rayonlarımızdan birinin məhz müəyyən sayda rus kökənli sakinlərin də olduğu İsmayıllıdır.

Bu barədə danışan qaynaq iddia edir ki, gecə baş verən gerçəkdən də bir məişət hadisəsinə operativ olaraq 3000-dən artıq insanın reaksiya verməsi faktını müvafiq dövlət qurumları araşdırarsa, o zaman hər şey aydın olar: «Diqqət yetirin. Bir hadisə baş verir və bir neçə saat sonra 3000-dən artıq insan reaksiya verir. Hər yerdə narazılıq var və bu istisna deyil. Amma hətta özündən deyən müxalifət partiyaları belə bu gün nəinki İsmayıllı kimi rayonda, heç Bakının özündə belə bir neçə saata 3000 insanı meydana çıxaa bilməz. Və bu fakt elə baş verənlərin mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur».

«Hadisəyə reaksiya verənlərin» əksəriyyətinin məhz İsmayıllıdakı rus kəndindən olanların olduğunu bildirən mənbəmiz vurğulayır ki, bui şin təşkilində Rusiyanın əvvəlcədən işləyən təxribatçı qüvvələri xüsusi fəallıq ediblər: «Sonradan müxalif medianın dəstəyilə aktivlik edənlərin sırası, tərkibi dəyişib. Rusiyanın təxribatçı qüvvələri geri çəkilib, iş müxalifətçi, narazı kəsimin öhdəsinə buraxılıb. Və bununla da İsmayıllı üsyanı müxalifətçilərin ayağına yazılıb».

Mənbəmiz bildirir ki, bu yolla bir neçə marağa xidmət edən hakimiyyətiçi Rusiyameyilli qüvvələr həm özlərini təmizə çıxarmış olurlar, özlərinin hələ də hakimiyyətə lazım olmaları barədə rəy yaradırlar, həm hədəf olmaqdan yayınırlar, həm də ictimai rəyi azdırırlar: «Artıq istəklərinə nail olublar. Lakin bir məsələ var ki, proseslərin bundan sonrakı axarı da kontrol altına alınmalıdır. Bu baxımdan da müxalifət mətbuatına və müxalifətçilərə ciddi basqılar ediləcək. Ki, digər rayonlarda rezonans müşahidə olunmasın. Çünki hazırki situasiya tam olaraq onların marağına uyğun şəkildədir».

Geri qayıt