Əsas Səhifə > Gündəm, Manşet > İQTİDARİÇİ QRUPLAR PROBLEMLƏRİ KONSERVLƏŞDİRİR

İQTİDARİÇİ QRUPLAR PROBLEMLƏRİ KONSERVLƏŞDİRİR


6-02-2013, 09:53
İQTİDARİÇİ QRUPLAR PROBLEMLƏRİ KONSERVLƏŞDİRİR
RAMİZ MEHDİYEVİN MÜXALİFƏTİ BU GÜN PA ŞEFİNİN ƏLİNƏ OYNAMAQDADIR

DİA.AZ: - Hakimiyyət daxilində çox qarışıq oyunlar gedir. Və son günlər cərəyan edən olaylar da təsdiqləyir ki, artıq ənənəvi cinahlar yenidən mövqelərini möhkəmlətməyə müvəffəq olublar. Hər halda, bu gün iqtidar daxilindəki narazılıqların «ümumi düşmənlər» hesab olunan müxalifətin üzərinə yeriməklə ört-basdır edilməsi cəhdləri təsadüfi hesab oluna bilməz.

Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mənbə hesab edir ki, əslində hakimiyyətin monolitliyi darmadağın olunmuş vəziyyətdədir: «Bunu sezməmək, sezə bilməmək üçün gərək ki, Azərbaycana heç bir formada aidiyyatın olmasın. Bu gün baş verən hadisələr də təsdiqləyir ki, saxta görüntülərin yaradılması cəhdləri var. İlqar Məmmədovun, Tofiq Yaqublunun həbsi gözlənilən idi. İlqar Məmmədov «Qərbin adamı» kimi tanındığından onun həbsilə iqtidarın yenidən «bir araya gəlməsi»nə şərait yaranacaq. Çünki bu həbsə beynəlxalq təşkilatların biganə qalması imkansızdır. Və hücum gözləniləndir. Belə olan təqdirdə isə iqtidariçi ənənəvi qüvvələrə müraciət zərurəti yaranacaq. Çünki onlara müqavimət dilini məhz həmin qüvvələr bilir».

Mənbəmizin iddialarına görə, prezident seçkiləri ərəfəsində iqtidariçi qruplaşmalar arasında cərəyan edən savaşın arxa plana keçirilməsi cəhdləri əslində problemlərin konservləşdirilməsindən başqa bir əhəmiyyəti daşıya bilməz: «Problemlər ciddidir və münasibətlərdəki gərginliyin üzərinə hansısa formada suyun səpilməsi, atəşin söndürülməsi imkansızdır. Çünki bağlayıcı körpülərin əksəriyyəti tamamən yanıb, sıpradan çıxıb. Belə bir şəraitdə yenidən eyni çatı altında eyni hədəfə vurmaq qeyri-mümkündür».

Mənbəmizin sözlərinə görə, məhz bu səbəbdən hazırki yaşantıları yalnız müvəqqəti hesab etmək olar: «Söhbət Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən alınmasına hazırlıqdan gedir. Bu, çox çətin bir proses idi və bunu əvvəlindən hər kəs yaxşı bilirdi. Odur ki, prosesin uzun müddətli olması anlaşılandır. Amma PA şefinin «topdağıtmaz qalası» artıq kifayət qədər laxlayıb, oynaq həddədir. Yəni bir dalğa yetər ki, vəziyət dəyişsin. Sadəcə olaraq bu məsələdə Mehdiyevin nəzarəti altında olan müxalifətin onun maraqlarına oynaması, onun addımlarını inkişaf etdirməsi əks qütbü fasilə verməyə məcbur edir. Çünki ictimai rəy məsələsi bu gün hər bir tərəf üçün olduqca vacib bir faktordur».

Geri qayıt