Əsas Səhifə > Cəmiyyət > BAKIDA JURNALİSTLƏR BİR-BİRLƏRİNİ DÖYÜBLƏR
BAKIDA JURNALİSTLƏR BİR-BİRLƏRİNİ DÖYÜBLƏR22-11-2011, 13:29 |
POLİS ARAŞDIRMA APARIR Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, noyabrın 21-də "www.7gün.az" saytının redaktoru, Masallı rayon sakini Cavid Şirəliyev Nəsimi RPİ 20-ci Polis Bölməsinə ərizə müraciət edib. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, şikayətçi müraciətində həmin gün saat 18.20 radələrində A.Məhərrəmov küçəsi ev 30/14-ün qarşısında Bakı İnformasiya Agentliyinin və "Polit Ress" qəzetinin təsisçisi Südeyif Məcidov və onunla birgə olan 2 naməlum şəxs tərəfindən döyülməsini və 1250 manat pulunun alınmasını bildirib. Araşdırmalar aparılır. Geri qayıt |