Əsas Səhifə > Cəmiyyət > BEYLƏQANDA ÖLÜLƏR DƏ KORRUPSİYAYA QURŞANIB

BEYLƏQANDA ÖLÜLƏR DƏ KORRUPSİYAYA QURŞANIB


4-02-2013, 13:55
BEYLƏQANDA ÖLÜLƏR DƏ KORRUPSİYAYA QURŞANIB
BÜDCƏNİ NECƏ DAĞIDIRLAR?

Beyləqan rayonu bu gün ölkənin ən çox korrupsiyaya uğramış rayonlarından biridir desək, yəqin ki, səhv etmərik.

Vaqif Abdullayevin rəhbərlik etdiyi Beyləqan rayonunda tam bir dərəbəylik hökm sürür və hər bir idarə müdiri öz krallığını sürüdürür. Azərbaycan ən böyük rayonlarından biri olan Beyləqanda bu gün sözün həqiqi mənasında idarə müdirləri arasında korrupsiya yarışması keçirilir. Bunu sadəcə Beyləqan haqqında ölkə mətbuatında yazlan yazıların miqyası ilə də təxmin etmək olar.

PİA.AZ-a Meliorasiya və Su Təsərrüfatı ASC Beyləqan rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Möhübbət Heydərovun korrupsiya əməllərihaqqında maraqlı məlumat daxil olub. Beyləqandan daxil olan məlumatda bildirilir ki, Subartezian Quyularının İstismarı İdarəsinin 400 işçisi var vəbu işçilərin demək olar ki, yarısı ölü canlardır. Belə ki, Beyləqanın 2-ci Şahsevənli kəndindən olan Subartezian Quyularının İstismarı İdarəsinin müdiri Möhübbət Heydərov bu kənddən olan qohumlarının əksəriyyətini və həmkəndlilərini işə alıb və onlar heç də işə çıxmırlar. Amma dövlətdən maaş alırlar.

Mənbənin verdiyi məlumata görə hazırda Möhübbət Heydərovun əlində 111 ədəd maaş kartı var və bu kartlardakı maaşların hamısını Möhübbət Heydərov alır. Bildirilir ki, Heydərov kartlardakı pulları pulları bankomatlardan çıxarmır. O yaxşı bilir ki, bankomatlardan pul çıxarıkən şəkili çəkilir. Elə buna görə də hər ay həmin kartları Subartezian Quyularının İstismarı İdarəsinin kasiiri və Həmkarlar İttifaqının sədri Allahverdi adlı şəxs «Kapitalbank»ın yerli şöbəsinə aparır və orda müəyyən faizlə kartlardakı vəsait nəqdləşdirilir və həmin vəsait Möhübbət Heydərova verilir.

Mənbə bildirir ki, Heydərov artıq uzun illərdir ki, bu tip işlərini həmin Allahverdi adlı şəxsin əli ilə həyata keçirir.

Qarşı tərfində mövqeyini dərc etməyə hazırıq …

Geri qayıt