Əsas Səhifə > Cəmiyyət > GÜLƏR ƏHMƏDOVANIN YOLDAŞI KİMİ TƏHQİR ETDİ?
GÜLƏR ƏHMƏDOVANIN YOLDAŞI KİMİ TƏHQİR ETDİ?4-02-2013, 13:42 |
SEVİNC BABAYEVANIN OĞLU HƏDƏLƏNİR? Xəbər vermişdik ki, sabiq deputat Gülər Əhmədova dünyasını dəyişmiş Sevinc Babayevanın oğlu Ayxan Məmmədov barəsində polisə şikayət verib. Nəsimi rayon 19 və 21-ci polis bölmələrinə müraciətində sabiq deputat bildirib ki, A.Məmmədov ona mesaj yollayaraq ölümlə təhdid edib. 3 fevral axşam saatlarında müxbirimizlə əlaqə saxlayan A.Məmmədov dedi ki, həmin gün onunla G.Əhmədova arasında gərginlik yaşanıb. Müsahibimiz sabiq deputata zəng edərək, onunla həm polisə şikayət məsələsi, həm də daha öncə onun barəsində mediaya verdiyi açıqlamalar barədə danışmaq istəyib. Sabiq deputat telefon zənginə cavab verərək, onunla qısa danışıb. A.Məmmədov ondan hərəkətləri barədə soruşanda isə dəstəyi G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov götürüb: ”Dəstəyi götürən kimi məni təhqir etməyə başladı. Mənə deyir ki, sən yaxşı oğul olsaydın, Türkiyəyə gedəndə ananı da götürüb gətirərdin. Mən də ona başa saldım ki, anamı ora aparan da siz olmusuz, gəlməyə qoymayan da. Anam Türkiyədə olanda dəfələrlə Gülərlə danışıb deyirmiş ki, mən qayıtmaq istəyirəm. Onu bura qayıtmağa qoymayan Gülər idi. Əri anama pul gətirmişdi Türkiyədə olanda. O ki heç bir əlaqələri yox idi, bu məsələyə də qarışmırdılar, əri niyə Türkiyəyə anamın yanına pul aparırdı?” A.Məmmədov dedi ki, bu arqumentləri səsləndirəndən sonra Fikrət Əhmədov onu çox ağır formada təhqir edib, söyüş söyüb və telefonun dəstəyini asıb. Müsahibimiz bu ailənin təhlükəli olduğunu, onu həbs etdirmək istədiyini bildirdi: ”Düzdü, hazırda başımız anamın qırx mərasiminə hazırlığa qarışıb. Amma mərasimi keçirəndən sonra özümə vəkil tutacam və bu işlə ciddi məşğul olacam”. \ musavat \ Geri qayıt |