Əsas Səhifə > Hadisə, Manşet > RAMİZ MEHDİYEVİ ƏVƏZLƏYƏCƏK ŞANSLI NAMİZƏD

RAMİZ MEHDİYEVİ ƏVƏZLƏYƏCƏK ŞANSLI NAMİZƏD


4-02-2013, 13:29
RAMİZ MEHDİYEVİ ƏVƏZLƏYƏCƏK ŞANSLI NAMİZƏD
KƏMALƏDDİN HEYDƏROVUN ADI ÇƏKİLİR

DİA.AZ: - Son günlər bir sıra iqtidariçi dairələri əsas hədəfi kimi diqqətə gələn Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən alınacağı əsas müzakirə mövzularından birinə çevrildiyi kimi, eyni zamanda PA şefi postunda Ramiz Mehdiyevi kimin əvəzləyəcəyi də dartışılan mövzulardandır.

Qeyd edək ki, müxtəlif KİV-lərdə bununla bağlı ayrı-ayrı versiyalar səsləndirilməkdədir. Məsələn, yazılanlardan aydın olur ki, bəzi ekspertlər Ramiz Mehdiyevi PA rəhbərinin yeni təsis olunan müavin postunu tutanlardan birinin əvəzləyəcəyi ehtimalını irəli sürürlər. Onların məntiqinə görə, yeni vəzifələrində həmin şəxslərin hər biri sanki təcrübə keçirmiş kimi görəfə gətiriliblər və qısa müddətdən sonra onlardan biri Ramiz Mehdiyevi əvəzləyəcək.

Bu arada isə DİA.AZ-a yeni PA rəhbərinin kimliyi ilə bağlı maraqlı bir versiya barədə məlumat ötürülüb. Elektron poçtumuza bu barədə yazan iqtidariçi qaynaq iddia edir ki, bir zamanlar adı baş nazirliyə hallandırılan və hal-hazırda iqtidarın ağır artileriyalarından biri hesab olunan fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvəqqəti dönəm üçün olsa da, Ramiz Mehdiyevin yerinə gətiriləcək ən şanslı namizəddir.

Mənbə iddia edir ki, Kəmaləddin Heydərovun PA şefi postuna gətirilməsi həm də Naxçıvan klanının hakimiyyətə bağlılıq tellərinin qorunub saxlanılması üçün vacib olduğundan belə bir qərar verilib. Hər halda, bu qərarın verilməsi xəbərinin hansı əhəmiyyətdə reallığı əks etdirdiyini yaxın günlərdə görəcəyik.

Geri qayıt