Əsas Səhifə > Ölkə, Manşet > KƏRƏM HƏSƏNOVUN İŞÇİSİ ŞAMAXINI QARIŞDIRIR
KƏRƏM HƏSƏNOVUN İŞÇİSİ ŞAMAXINI QARIŞDIRIR4-02-2013, 12:48 |
REYESTR XİDMƏTİNİN RƏİSİ KİMƏ GÜVƏNİR? DİA.AZ: - Şamaxıdan redaksiyamıza şikayət dolu məktub daxil olub. Bir qrup Şamaxı rayon sakini DİA.AZ-a bildirib ki, rayonun reyestr xidmətinin rəisi İsmayıl Rəhimov onlara məxsus olan torpaqların sənədləşdirilməsi işini illərdir müxtəlif bəhanələr altında yubadır. Şikayətçilər yazır ki, artıq onların səbr kasaları daşmaq üzərədir: «Neçə müddətdir ki, 40-a yaxın vətəndaşı get-gələ salıb və aşkar surətdə sənədləşmə işinə görə bizdən rüşvət tələb edir. Biz də etirazımızı bildirmişik və ona vaxt qoymuşuq. Bir neçə dəfə toplaşaraq icra hakimiyyətinə getmək istəmişik. Bizə yalvardı və bizdən vaxt istədi». Amma bunun da müvəqqəti olduğunu bildirən sakinlər DİA.AZ-a yazırlar ki, hətta bundan sonra da onlardan İsmayıl Rəhimovun adından pul istənilib: «Biz artıq cana doymuşuq və yuxarılara etdiyimiz şikayətlər də qulaqardına vurulur. Əgər İsmayıl Rəhimov zülmü boğazımızdan çəkilməzsə, o zaman rayon icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçirəcəyik». Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |