Əsas Səhifə > Şou-biznes > MƏŞHUR TELEAPARICI BƏYAZ BAKIYA GƏLİR

MƏŞHUR TELEAPARICI BƏYAZ BAKIYA GƏLİR


22-11-2011, 13:10
MƏŞHUR TELEAPARICI BƏYAZ BAKIYA GƏLİR

ONUNLA BƏRABƏR TÜRKİYƏDƏN DAHA BİR NEÇƏ ÜNLÜ DƏ QONAĞIMIZ OLACAQ

Türkiyənin bir qrup məşhur sənət və səhnə adamı Azərbaycana gələcək.

APA-nın xəbərinə görə, Bakıya təşrif buyuracaq tanınmış simalar arasında şoumen Bəyazit Öztürk (Bəyaz), şoumen Okan Bayülgən, çoxsaylı tamaşaçı auditoriyası toplayan “Öylə bir keçər zaman ki” serialında “Ali kaptan” rolunun ifaçısı Ərkan Pətəkkaya, modelyer Uğurkan Erez və bəstəkar-müğənni Sonər Sarıkabadayı da var. Qonaqlar Bakıda keçiriləcək mükafatlandırma mərasiminə qatılacaqlar.

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva da nümayəndə heyətinə daxildir. Ailə həyatı qurduqdan sonra ilk dəfə vətənə dönəcək model deyib ki, həyat yoldaşı, tanınmış aktyor Tolqa Karel serial çəkilişləri ilə əlaqədar Azərbaycana gələ bilməyəcək. G. Musayeva təqdimata “Miss World” müsabiqəsində ona “Ən yaxşı paltar” mükafatı qazandıran Erol Albayraq imzalı geyimlə qatılacaq.


Geri qayıt