Əsas Səhifə > Siyasət, Manşet > DÖVLƏT KANALINA RAMİZ MEHDİYEV QADAĞASI GƏLDİ

DÖVLƏT KANALINA RAMİZ MEHDİYEV QADAĞASI GƏLDİ


4-02-2013, 09:25
DÖVLƏT KANALINA RAMİZ MEHDİYEV QADAĞASI GƏLDİ
PA ŞEFİNİN ÇIXDAŞ EDİLMƏSİLƏ BAĞLI ƏVVƏLKİ PLAN QÜVVƏSİNDƏDİR

DİA.AZ: - «Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə əlaqədar məxsusi olaraq dövlət televiziyasına və digər telekanallara yuxarı instansiyalar tərəfindən ciddi tapşırıqlar verilib». Bu şok məlumatı DİA.AZ-a etibarlılığına şübhə etmədiyimiz qaynaq ötürüb.

Mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, son zamanlar öz mövqelərində kifayət qədər ciddi irəliləyişlərə nail olmuş təəssüratı yaradan Ramiz Mehdiyev əslində daha çox ətrafındakı şəbəkəni əlində saxlaya bilməsi üçün yalançı rəylər formalaşdırmaqda, saxta qənaətlər yaratmaqdadır: «Əslində heç bir dəyişiklik baş verməyib və Ramiz Mehdiyevin zəif düşürülməsi, bunun da yekununda vəzifəsindən alınması yönündə əvvəlki plan qüvvəsindədir, düşünüldüyü şəkildə inkişaf etməkdədir».

Mənbəmiz vurğulayır ki, son zamanlar ayrı-ayrı rayonlarda xalq etirazları dalğasının baş qaldırmasının əslində Ramiz Mehdiyevin maraqlarına uyğun tərzdə cərəyan etdiyini bildirən mənbəmiz bildirdi ki, bu kimi müqavimətlər əvvəlindən də hesablanmışdı: «Bəlli idi ki, Kremlin qüdrətinə güvənən Ramiz Mehdiyev asan yolla mövqelərindən vaz keçməyəcək. İstənilən bir təxribat nəzərə alınmışdı. İsmayıllıdakı hadisələr də Mehdiyev-Kreml işbirliyinin nəticəsi idi. Hər halda, prezidentin ölkədə olmadığı bir ərəfədə Mehdiyevin daha betər planları icra etməsi mümkündür. Amma vəziyyət və qabaqcadan düşünülənlər dəyişməyəcək».

Artıq Mehdiyevlə bağlı qəti qərarın verildiyini bildirən mənbəmiz onu da vurğuladı ki, AZTV rəhbərliyinə Ramiz Mehdiyevin adı ilə bağlı hər hansı məlumatın verilməməsi tapşırığı verilib: «Onun artıq siyasi karyerasının bitiş nöqtəsi gəlib. Əgər belə bir aşkar tapşırıq verilirsə, deməli, məsələ ciddilik mərhələsinə qədəm basıb. Eyni zamanda «özəl» kanalallar da oxşar təlimatları alıblar».

Mənbəmiz onu da bildirdi ki, Mehdiyev əslində göstərdiyi müqaviməti ilə nələrisə dəyişməyi yox, yalnız öz gedişini sürətləndirə bilər.

Geri qayıt