Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MASALLIDA KÜTLƏVİ ETİRAZ GÖZLƏNİLİR

MASALLIDA KÜTLƏVİ ETİRAZ GÖZLƏNİLİR


4-02-2013, 08:07
MASALLIDA KÜTLƏVİ ETİRAZ GÖZLƏNİLİR
SAKİNLƏR AKSİYA XƏBƏRDARLIĞI ETDİ

DİA.AZ: - Rayon sakinləri qeyd edir ki, etirazın səbəbi Masallıda olan özbaşınalıq, icra başçısının qanunsuz əməlləridir. Rayon sakinlərinin sözlərinə görə, Q.Ağayevdən sonra rayonda vəziyyətin dəyişəcəyini gözləsələr də, qısa müddətdə yeni başçı onların hamısını məyus edib. DİA.AZ-ın Xalqxeber.İnfo-ya istinadən verdiyi məlumatda bildirilir ki, başçı rayon əhalisinin insan kimi yaşamaması üçün əlindən gələni də, gəlməyəni də edir: “Rayona ayrılan vəsaitlər mənimsənilir. Təmir adı altında əslində talançılıq aparılır. Yerli əhalinin dərd-sərini dinləyən yoxdur”.

Rafil Hüseynov rayona gələndə Masalıdakı “İstisu”da “Nağıllar ailəmində” yerləşibmiş. Sakinlər Masallı gerçəklərini sadalayıb: “Rayon təhsil şöbəsinin müdiri Aslan İbişovun pedaqogikadan xəbəri yoxdur. O, uzun ömrünü bir şeyə həsr edib: mal alverinə və qəssablığa. Bu gün toplamaq mümkün olsaydı, onun kəsdiyi malların qanından yeni bir Nil çayı əmələ gələrdi. Bu adamı təhsil kimi humanist sahəyə rəhbər qoymağın anlamı nədir?”.

İcra hakimiyyətinin təhsilə cavabdeh şəxsi də bir gün şagird qarşısına çıxmayan insandı. Onun bu dəqiqə əsas işi məktəb və müəllimlərdən pul qoparmaqdır. İldə iki dəfə müəllimlərdən abunə üçün pul yığılır. Bizim hesablamamıza görə, bu, təxminən 250 min manat edir. O pulun 30-40 mini gedir dövlət qəzetlərinə, yerdə qalanını isə “mətbuat yayımı”, təhsil şöbə müdiri və başçı pay-puş edir”.

Bunlardan başqa, məlumatda qeyd olunur ki, başçı cəmi iki il əvvəl rayonda təmir olunan Şəhidlər abidəsini, icra hakimiyyəti binasını, Heydər Əliyev mərkəzini yenidən sökdürərək təmir etdirib. Təbii ki, burda abadlıqdan daha çox vəsaitləri mənimsəmə marağı rol oynayır.

Öz problemlərini demək üçün başçının qəbuluna düşə bilmirik. Başçı şikayətçiləri görməmək üçün qapısının önündə çoxqatlı sipər çəkib. Birinci sipərdə vətəndaşları müxtəlif idarə və müəssisə rəhbərləri qarşılayır, onlar şikayətçini qorxu, şantajla geri döndərir, bu mərhələni aşanı ərazi icra nümayəndəsi və bələdiyyə sərdləri qarşılayır – onlar da müxtəlif üsulla başçıya gedən yolda maneə olur. Bu sipəri aşandan sonra icra hakimiyyəti işçiləri şikayətçiləri başdan etmək üçün səy göstərirlər. Burdan ötüşəndən sonra şikayətçi nəhayət, başçının otağına girir, amma burda onu yox, Nadir Abiyevi – birinci müavini görür. O isə hamını başdan edir.

Bir sözlə, Masallıda sahibkarlara qarşı səlib yürüşü davam etdir. Digər məlumatda qeyd olunur ki, sahibkarların biznesinə başçı səviyyəsində əngəl yaradılır, iş adamlarından xərac toplanır: “Sahibkarların 80 faizini keçmiş, qalan 20 faizini də indiki başçı dövlətdən narazı salıb. Bu narazılar Prezident seçkisində kimə səs verəcəkləri barədə artıq düşünürlər”.

Rayon müəllimləri də başçını savadsız və korrupsioner olmaqda ittiham eləyirlər.

Hətta müəllimlər bildirirlər ki, başçı yeni gələndə ona çatdırılıb ki, rayonda əhalinin dövlətə ümidləri ölüb, qarşıdan seçki gəldiyindən bu haqda düşünsün.

Başçısının cavabı orijinal olub: cənab prezidentin sizin səsinizə ehtiyacı yoxdur. O, qlobal iş gördüyündən onsuz da camaat onu seçəcək.

Rayon sakinləri onuda qeyd edirlər ki, başçı cılız yerlipərəstlik siyasəti yürüdür. Bildirilir ki, başçı yerli kadrları seçmək yerinə, Bərdədən kadrları rayona daşıyıb.

Rayon sakinləri durumun belə davam etməsinə seyrçi qalmayacaqlarını, müxtəlif tipli aksiyalara əl atacaqlarını bildiriblər.

Geri qayıt