Əsas Səhifə > Ölkə > QANUNSUZ EVLƏRİN SƏNƏDLƏŞDİRİLMƏSİ İŞİ QANUNİLƏŞDİRİLİR
QANUNSUZ EVLƏRİN SƏNƏDLƏŞDİRİLMƏSİ İŞİ QANUNİLƏŞDİRİLİR22-11-2011, 13:07 |
QANUN LAYIHƏSİ QÜVVƏYƏ MİNƏCƏK Bu ilin əvvəlində Azərbaycan Prezidentinin verdiyi sərəncama uyğun olaraq, qanunsuz tikililərin sənədləşdirilməsi barədə qanun layihəsi hazırlanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov bildirib. Onun sözlərinə görə, qanun layihəsi Milli Məclisdə təsdiqlənəndən sonra qüvvəyə minəcək. Artıq qanun layihəsi hazırdır və müvafiq qurumlara təqdim olunub. "Bakı şəhərinin ətraf qəsəbələrində və Abşeron rayonu ərazisində əkinə yararlı torpaqlarda tikililərin inşası ilə bağlı məsələlər də gündəmdədir. Rəhbərlik etdiyim qurum bununla bağlı daim monitorinqlər apararaq müvafiq orqanlara məlumat verir. Tikililərin sökülməsi istiqamətində işlər aparılır", - komitə sədri vurğulayıb. Geri qayıt |