Əsas Səhifə > Ölkə, Manşet > AZƏRBAYCAN ORDUSUNUN ZABİTİ OD PÜSKÜRDÜ

AZƏRBAYCAN ORDUSUNUN ZABİTİ OD PÜSKÜRDÜ


1-02-2013, 14:20
AZƏRBAYCAN ORDUSUNUN ZABİTİ OD PÜSKÜRDÜ
DAŞQIN BƏNNAYEVİN ADINDAN SƏRT AÇIQLAMA

DİA.AZ: - Redaksiyamıza “Azərbaycan Bayrağı” ordenli, mayor Daşqın Bənnayevin adından bir açıqlama daxil olub. Açıqlama müəllifi son günlərin əsas olaylarından biri kimi diqqətə gələn 10805 hərbi qulluqçunun imzaladığı bıyanata verilən bir sıra reaksiyala hiddətləndiyini aşkar surətdə hiss etdirir. Həmin açıqlamanın mətnini DİA.AZ olaraq olduğu kimi diqqətə çatdırırıq:

“Zabitlərin 26 yanvar bəyanatına qarşı bəzi şəxslər tərəfindən irəli sürülən ittihamlar qətiyyən başadüşülən deyil. Hətta bundan istifadə edənlər sifarişli yazılarında və açıqlamalarında bizi nadancasına siyasətə qarışmaqda suçlamağa cəhd edirlər. Yazıqlar olsun! Sizi öyrədənlərin nə qədər bəsit, eyni zamanda məkrli niyyətdə olduqları bütün çılpaqlığı ilə ortaya çıxdı. Stəkanda fırtına qoparmağa çalışanlar özlərini zorlayaraq ordunu siyasətə qarışmaqda günahlandırır, bu bəyanatın arxasında siyasi çalarlar axtarmağa çalışır və özlərindən yozmalar irəli sürürlər. Hədəfi seçsəniz də, açdığınız atəşlər boşdur. Çox təəssüf ki, ayağı ömründə əsgər çəkməsi görməyən və hərbi xidmətdə olmayan bəzi şəxslər 10805 hərbi qulluqçunun səmimi şəkildə imzaladığı bəyanata kölgə salır və hətta bizlərə “gedib işləri ilə məşğul olsunlar” deməkdən belə çəkinmirlər. Amma həmin adamlar müharibə şəraitində olan bir ölkənin ordusuna qarşı imza toplayan hansısa müxalifyönlü qrupun məkrli kampaniyasına münasibət belə bildirmirlər. Hətta sətiraltı olaraq onların əlüzünü yuyurlar…

İndi kimin nə dərəcədə qanun-qaydaya əməl etdiyini özünüz təsəvvür edin. Həmin şəxslərdən bəzi məsələləri soruşmaq istəyirik. Bəyanatda bircə yerdə nəinki «nazir», heç «Müdafiə Nazirliyinin rəhbərliyi» kəlmələri keçirmi? Yaxud əsgərin Ali Baş Komandanın əmr və göstərişlərini yerinə yetirməyə qadir olduğunu bildirməsi nə vaxtdan siyasət sayılıb? Biz bu bəyanatda adını «hərbi ekspert» qoyan adamların antimilli və antidövlət çağırışlara imza atmasından çox üzüldüyüm üzü, hər hansı uydurma və mülahizələrdən düşmənin məharətlə istifadə etdiyini bildirmişik. Burda hansı siyasətdən və kampaniyadan söhbət gedə bilər? Bəyanatda deyilir ki, «təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Ali Baş Komandandanımız cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesinin konkret nəticələrini biz öz həyatımızda, gündəlik xidməti fəaliyyətimizdə aydın hiss edir və duyuruq. Hərbi qulluqçuların əmək haqlarının artırılması, yeni mənzillərlə təmin olunması, istifadə edilməmiş məzuniyyət günləri əvəzinə pul konpensasiyasının ödənilməsi və digər məsələlərlə bağlı lazımi addımlar atılmışdır və bizim «qayğımıza» qalanlar niyə bunu görmürlər? Müraciətimizin məntiqini axtarmaq və dəqiq bilmək istəyirlərsə bəyanatdan gətirdiyimiz bu sitatı qara eynəklərini gözlərindən çıxarıb təkrar oxusunlar. Səmimi olarlarsa bizim arzu və istəklərimizi dərk etməyə çətinlik çəkməzlər. Ancaq…

Ordunu siyasətə qarışdırmaqda, yaxud hansısa qanunvericiliyə zidd hərəkət etməkdə savadsızcasına günahlandıranlar buyurub desinlər görək burda hansı siyasətdən söhbət gedir? Axı zabitin Ali Baş Komandanın diqqət və qayğısını qiymətləndirməsində və hər zaman döyüşə hazır olmasını deməsində qəbəhatli nə var ki? Biz şərəf duyuruq ki, ordunun cənab İlham Əliyev ki, Ali Baş Komandanı var. Biz şərəf duyuruq ki, ordunun sosial qayğıları ilə daima yaşayan prezidentimiz və hökumətimiz var! Biz məhz bu düşüncə və amallarla vətənimizin keşiyində dayanmışıq. Onları isə kimin danışdırdığı o qədər aydındır ki, heç cüzi axtarışa ehtiyac belə yoxdur. Doğrudan çox təəssüflənirik.

Sonda bəyanatda siyasi çalarlar axtaranlara cavabımız delədir: - yanılırsınız, bizlər yenə həmin bəyanatın üstündə dayanarıq, kimlərinsə sifarişi ilə buna siyasi çamur atmağa çalışanların dediyini qəbul etmirik. Yaxşı olar ki, minlərlə hərbi qulluqçuya öz hüquqlarını başa salmağa çalışanlar, onlara ağıl vermək istəyənlər dönüb özlərinə baxsınlar. Biz öz hüquqlarımızı gözəl bilirik”.

Bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt