Əsas Səhifə > Cəmiyyət > DEYİRLƏR, CAVADZADƏNİN HƏBSİNƏ ƏSAS OLMAYIB
DEYİRLƏR, CAVADZADƏNİN HƏBSİNƏ ƏSAS OLMAYIB22-11-2011, 12:19 |
BƏS NİYƏ SAXLANILMIŞDI? Azərbaycanın “Eurovision” təmsilçisi Samir Cavadzadənin barəsində həbs-qətimkan tədbiri seçilməyib. Bu barədə APA-ya Nəsimi rayon prokurorunun köməkçisi Günay Səlimzadə məlumat verib. Onun sözlərinə görə, S. Cavadzadənin həbsinə əsas olmadığı üçün təqdimat verilməyib və müğənni sərbəst buraxılıb. Qeyd edək ki, S. Cavadzadə noyabrın 20-də otaq yoldaşı və dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanıb. O, ölkədən qaçmaq istəyərkən tutulub. Xatırladaq ki, bıçaqlanma hadisəsi sentyabrın 20-də Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, fotoqraf Elvin Hüseynov otaq yoldaşı Samir Cavadzadə tərəfindən bıçaqlanıb. Baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı iki dəfə ekspertiza keçirilib. Ekspert rəyinə görə, S. Cavadzadə tərəfindən bıçaqlanan E. Hüseynovun xəsarəti ağır qiymətləndirib. Baş vermiş hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. İlkin olaraq hər iki şəxs mətbuata yalan məlumatlar verərək faktı təkzib etsələr də, polisə verdikləri ifadələrində hadisəni etiraf ediblər. İstintaq başa çatdıqdan sonra məhkəmə S. Cavadzadənin törətmiş olduğu cinayəti sübuta yetirəcəyi təqdirdə onu 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Qeyd edək ki, Samir Cavadzadə 2008-ci ildə Azərbaycanı “Eurovision” yarışmasında təmsil edib. Geri qayıt |